«Bu gün Ermənistanda 100 min qız ərə getməyə kişi tapmır»
Tarix: 08.05.2013 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Ermənistanda ağır iqtisadi vəziyyət vətəndaşların başlarını götürüb ölkədən qaçmasını sürətləndirib. Kütləvi miqrasiya işğalçı ölkə üçün fərqli problemlər yaradıb. Onlardan biri də erməni qızların ailə qurmaq üçün kişi tapa bilməməsidir. Məsələ ondadır ki, işləmək üçün ölkə xaricinə üz tutan Ermənistan vətəndaşlarının böyük əksəriyyəti kişilərdir.
İl ərzində təxminən 100 min erməninin ölkədən qaçdığını nəzərə alsaq, onda erməni qızlarının ailə qurmaq üçün kişi tapa bilməməsinin səbəbi ortaya çıxır. «Lragir» yazır ki, İrəvan küçələrində yüksək dabanlı ayaqqabı geyinən, qısa yubkalı qızların sayının çoxluğu Avropadan gələn qonaqların da təəccübünə səbəb olur. «Medialab»a açıqlama verən sosioloq Aaron Adibekyan bildirib ki, insanların gecə əyləncəsi üçün yer olmadığından ermənilər bəzəkli libaslarını işə və universitetə gedərkən geyinirlər. Sosioloq qeyd edir ki, erməni qızların belə geyimi heç də onların müasir modanı təqib etmələri ilə bağlı deyil. Əsas məqsəd əks-cinsin nümayəndələrinin diqqətini cəlb etməkdir. BMT-nin hesabatına əsasən, Ermənistanda 15-40 yaş arası kişilərin sayı eyni yaş qrupunda olan qadınlara nisbətən 35-40 min nəfər azdır. Ekspertlər bunu miqrasiya edənlərin əksəriyyətinin kişi olması ilə əlaqələndirirlər. Rəsmi rəqəmlərə əsasən, Ermənistanda 1 yaşa qədər 1000 oğlan uşağına 875 qız düşür. 20-24 yaşlarında bu nisbət 1000/967, 30 yaşında 1000/987, 34 yaşından yuxarı isə 1000/1061 nisbətindədir. Sosioloq Adibekyan hesab edir ki, ağır iqtisadi vəziyyət və hərbi xidmətdən yayınmaya görə gənclər ölkədən qaçırlar: «Bu gün üçün Ermənistanda 100 min qızın ərə ehtiyacı var».

Cavidan




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info