“Bakı-Tbilisi-Qars layihəsinin Gürcüstan hissəsində işlərin 70%-i başa çatıb”
Tarix: 27.09.2017 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində tikinti işlərinin təxminən 70%-i başa çatıb. APA-nın məlumatına görə, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin yaydığı məlumatda qeyd edilib.
 
"Dəmir yolu infrastrukturunun əsas hissəsinin tikintisi başa çatıb. Stansiyalar və digər infrastrukturların tikintisi davam edir. Bakı-Tbilisi-Qars Avropa və Asiya arasında yeni dəmir yolu əlaqəsi yaradacaq və bu da Gürcüstanın tranzit potensialını inkişaf etdirməyə imkan verəcək. Bu layihə üç ölkənin regionun nəqliyyat-ticarət habına çevrilməsi üçün səylərini birləşdirəcək və yeni "İpək yolu" layihəsində mühüm rol oynayacaq", - məlumatda vurğulanıb.
 
Bildirilir ki, adıçəkilən layihə dünyanın 100 qlobal layihəsindən biridir.
 
Qeyd edək ki, bu gün Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov və Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan Bakı-Tbilisi-Qars dəmir yolunda aparılmış işlərlə tanış olacaqlar.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsi MDB-də ən yaxşı YDM seçilib
26.09.2018
“Karyerada ilk addım”: 254 vakant iş yeri təqdim edilib
26.09.2018
“Gazprom Neft”in nümayəndələri SOCAR-ın təlim mərkəzləri ilə tanış olub
26.09.2018
Ölkəyə daxil olan nəqliyyat vasitələrinin ölkədəqalma müddətinin ləğvi nəzərdə tutulub
26.09.2018
Bu il Türkiyə Azərbaycandan 3,8 milyard kubmetrədək təbii qaz idxal edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info