Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Əl Saud qadınlara avtomobil idarə etməyə icazə verən fərman imzalayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanı XİN-nin məlumatında bildirilir.
“Kral fərmanı: Yol Hərəkəti Xidməti krallıq ərazisində qadınlara avtomobil idarə etməyə icazə verir”, - deyə məlumatda bildirilir.
Kral qadınlara avtomobil idarə etmək hüququnun verilməsi ilə əlaqədar lazımi tədbirlərin görülməsi üçün DİN, Maliyyə, Əmək və Sosial Təminat Nazirliklərinin nümayəndələrindən ibarət komissiyanın yaradılmasına dair göstəriş verib.
Mahmud
|