İstanbulda erməni kilsəsinin yaxınlığında atəş açan erməni çıxdı
Tarix: 08.05.2013 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


İstanbulun Kumqapı bölgəsində yerləşən Surb Ovannes erməni kilsəsinin yaxınlığında havaya 7 dəfə atəş açmış üç nəfər saxlanılıb. «Samanyoluhaber» xəbər verir ki, həbs edilənlərdən biri ermənidir. Onlar kilsənin qarşısına havaya 7 dəfə atəş açdıqdan sonra aradan çıxıblar.
Polis ətrafda yerləşdirilən kameraların köməyi ilə həmin şəxsləri həbs edib. Şübhəlilər ilk ifadələrində bildiriblər ki, aralarında pul toplayıb tapança alıblar. Sonra isə həmin tapançadan yoxlama məqsədi ilə havaya atəş açıblar. Bundan sonra qorxduqları üçün qaçıblar. Polisin araşdırması davam edir. Amma başqa məlumatlarda qeyd edilir ki, həmin şəxslər kilsənin divarına «Zəncirlər qırılsın və Aya Sofiya açılsın» sözlərini yazıblar. Erməninin də bu olayın içində olması ciddi şübhələrə əsas verir. Çünki başqa bir ölkədə yaşayan erməninin heç bir təxribat məqsədi güdmədən kilsəyə qarşı belə bir hərəkət etməsi inandırıcı görünmür. Elə kilsənin divarına yazılmış şüardan da aydın görünür ki, bu olay təxribat xarakteri daşıyır. Onların məqsədi aranı qarışdırmaq, müxtəlif təxribatlar törədərək diqqət cəlb etməkdir. Bir az dərindən araşdırma aparılarsa həmin erməninin hansısa təşkilata üzv olması ortaya çıxacaq. Bir müddət əvvəl də Türkiyədə bir erməni qətlə yetirilmişdi. Sonradan məlum olmuşdu ki, qatil də elə ermənidir.
ANAR




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“WhatsApp” mesaj göndərişlərini məhdudlaşdırıb
21.01.2019
Ukrayna və İsrail azad iqtisadi zona yaradır
20.01.2019
Terrorçular Malidə BMT-nin düşərgəsinə hücum edərək 8 sülhməramlını öldürüblər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info