“Ermənistanın “Smerç” yaylım atəşli reaktiv sistemləri köhnədir”
Tarix: 27.09.2017 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Ermənistanın təlimlərdə “Smerç” yaylım atəşli reaktiv sistemlərindən istifadə etməsi barədə yayılan məlumata ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov münasibət bildirib.
Yaşar Aydəmirov AZƏRTAC-a deyib ki, bu silahlar Ermənistanın öyünə biləcəyi yeganə silah növüdür. Nəzərə alsaq ki, “İsgəndər” əməliyyat-taktiki raket kompleksi Ermənistan silahlı qüvvələrinin balansında deyil, “Smerç” yaylım atəşli reaktiv sistemləri onların ordusunun silahlanmasında olan “ən güclü” raket sistemidir. Lakin unutmaq lazım deyil ki, bu raket sistemləri sovet dövründə istehsal olunub və 1987-ci ildə istifadəyə verilib. Mülki vətəndaşlar bilməsələr də, peşəkar hərbçilər yaxşı bilirlər ki, 30 il əvvəl istehsal olunan və illərlə anbarlarda saxlanılan silahın bu gün uğurlu tətbiqi böyük şübhə altındadır. Böyük ehtimalla, Ermənistanın “Smerç”lərdən atışlar həyata keçirməsi də məhz onların istifadəyə yararlı olub-olmamasının yoxlanılması ilə əlaqədardır. Ermənistandan fərqli olaraq, Azərbaycan Ordusunun silahlanmasında olan və daim yenilənən ən müasir raket sistemləri və digər silah növləri dəqiqliyinə və dağıdıcı gücünə görə dünyanın ən qabaqcıl ordularının silahları ilə müqayisə edilə bilər.




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Tramp Türkmənistanın Azərbaycan vasitəsilə Qərbə qaz ixrac etmək imkanından yararlanacağına ümid edir
24.03.2019
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb
24.03.2019
Azərbaycanın müdafiə naziri ABŞ-a işgüzar səfərə gedəcək
24.03.2019
Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıblar
23.03.2019
Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info