Ötən 20 il Azərbaycan və Serbiya əlaqələrinin inkişafı ilə əlamətdar olub
Tarix: 27.09.2017 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Ötən 20 il Azərbaycan və Serbiya arasında siyasi, iqtisadi, elmi, mədəni və humanitar sahələrdə əlaqələrin davamlı inkişafı ilə əlamətdar olub.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Serbiyanın xarici işlər naziri İvitsa Daçiçə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə ünvanladığı təbrik məktubunda deyilir.
E.Məmmədyarov bu illər ərzində Azərbaycan və Serbiyanın beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı olaraq bir-birilərini dəstəklədiklərini qeyd edib. Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsasında tezliklə həllinə dair Serbiyanın prinsipial mövqeyinə görə minnətdarlığın bildirib.
E.Məmmədyarov 2013-cü ilin 8 fevral tarixində iki ölkənin dövlət başçısı tərəfindən “Dostluq Münasibətləri və Strateji Əməkdaşlığa dair” bəyannamənin imzalanması ilə Azərbaycan və Serbiya arasında ikitərəfli münasibətlərin yeni səviyyəyə keçdiyini vurğulayıb. Həmçinin nazir, sözügedən bəyannamənin Azərbaycan-Serbiya əməkdaşlığının daha da genişlənməsi üçün yeni perspektivlər yaradacağını bildirərək, orada müəyyənləşdirilmiş məqsədlərin gələcək illərdə də müvəffəqiyyətlə reallaşdırılacağından əminliyini ifadə edib.
Serbiyanın xarici işlər naziri İ.Daçiç E.Məmmədyarova ünvanladığı məktubunda ötən müddət ərzində qardaşlıq və qarşılıqlı hörmət münasibətlərinin möhkəmləndirilməsilə yanaşı, iki ölkə arasında üzunmüddətli və sıx əməkdaşlıq üçün stabil əsas yaradıldığını bildirib. Nazir Serbiya və Azərbaycan arasında bərabərlik və qarşılıqlı inam prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətlərinin strateji tərəfdaşlığın yüksək pilləsində inkişaf etməsindən məmnunluğunu ifadə edib. İ.Daçiç birgə səylər nəticəsində iki ölkə arasında qarşılıqlı əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etməkdə davam edəcəyinə ümidvar olduğunu bildirib.
Sonda serbiyalı nazir ölkəsinin ərazi bütövlüyünün və suverenliyinin qorunmasına dair Azərbaycanın göstərdiyi prinsipial mövqeyə görə təşəkkürünü ifadə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info