Azərbaycanla Tacikistan dost ölkələrdir
Tarix: 27.09.2017 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyevlə görüşüb.
 
DMX-dən verilən məlumata görə, səfir Rustam Soliyevi təyinatı münasibətilə təbrik edən xidmət rəisi hər zaman prezidentlər İlham Əliyev və Emoməli Rəhmonun keçirdikləri görüşlərdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin uğurlu nəticələrini qeyd edib və Azərbaycanla Tacikistan arasında mövcud olan səmimi münasibətlərdən danışıb.
 
Görüşdə ölkələr arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əlaqələrdən danışılıb, bildirilib ki, Azərbaycanla Tacikistan dost ölkələrdir.
 
F.Nəbiyev səfirə Ermənistan - Azərbaycan münaqişəsi barədə məlumat verib, Azərbaycanın 20% ərazisini Ermənistan silahlı qüvvələrinin işğalı etdiyini, BMT TŞ-nin 4 qətnaməsinin bu günə qədər Ermənistan tərəfindən yerinə yetirilmədiyini qeyd edib, Prezident İlham Əliyevin bu günlərdə BMT-dəki çıxışı zamanı toxunduğu çox ciddi məsələləri xüsusi vurğulayıb.
 
F.Nəbiyev bütün sahələrdə olduğu kimi miqrasiya sahəsində də iki ölkə arasında əlaqələrin uğurla inkişafı ilə bağlı fikirlərini bölüşüb.
 
Səfir Azərbaycanla Tacikistan arasında qardaşlıq münasibətlərindən danışıb. İki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.
 
Görüşdə miqrasiya ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info