“Bu tədbirlərdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün yaradılan şəraitdən də bəhrələnirik”
Tarix: 27.09.2017 | Saat: 19:53:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsində (QMİ) İstanbulda təşkil olunan “İslam həmrəyliyi: Türkiyə-Azərbaycan dostluğu timsalında” adlı beynəlxalq konfransın yekunlarına həsr olunan mətbuat konfransı keçirilib.
 
Mətbuat konfransında QMİ sədrinin müavini Hacı Salman Musayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, QMİ mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova və İdarənin rəsmisi Rəşad Əliyarlı iştirak edib. R. Əliyarlı konfransın əhəmiyyətindən danışıb, gələcəkdə keçiriləcək tədbirləri xatırladaraq deyib ki, oktyabrda Özbəkistanda, noyabrda İspaniyada, dekabrda isə Bakıda belə bir konfrans təşkil olunacaq.
 
G. İsmayılov bildirib ki, islam həmrəyliyi başqa dinlərə qarşı cəbhə açmaq demək deyil: “Burada dostluq, qardaşlıq, sülh irəli sürülür. İslam həmrəyliyi təkcə müsəlman coğrafiyasında deyil, dünyada yayılmalıdır”.
 
O qeyd edib ki, bu tədbirlər Azərbaycan Prezidenti İlham Əliyevin İslam həmrəyliyi ili ilə bağlı imzaladığı sərəncamda nəzərdə tutulan plana uyğun keçirilir: “Bu tədbirlərin keçirilməsində Şeyxülislam Hacı Allahşükür Paşazadənin də nüfuzu önəmli rol oynayır. Biz bu tədbirlərdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün yaradılan şəraitdən də bəhrələnirik”.
 
Salman Musayev isə deyib ki, dünyada gedən proseslər mənfi tendensiyalarla müşahidə edilir: “Müharibələr nəticəsində müsəlmanların qanı tökülür. Qərbdən gələn islamafobiya meyilləri artmaqdadır. Bunun üçün də İslam dünyasında sülh olmalıdır. Təəssüflər olsun ki, bəzi siyasətçilər bu məsələləri arxa plana keçirirlər. Bu da sadə insanların problemlərlə qarşılaşmasına gətirib çıxarır, müharibələr nəticəsində onlar qaçqın və məcburi köçkün olurlar”.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info