Belarus Azərbaycanda birgə əczaçılıq müəssisəsinin yaradılmasında maraqlıdır
Tarix: 27.09.2017 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


Azərbaycan və Belarus əczaçılıq sahəsində əlaqələrin genişləndirilməsində və bu sahədə ölkəmizdə birgə müəssisənin yaradılmasında maraqlıdır. İqtisadiyyat naziri Şahin Mustafayevin ölkəmizdə səfərdə olan Belarus Respublikasının Səhiyyə naziri Valeri Malaşko ilə görüşündə bu barədə müzakirə aparılıb. Görüşdə Şahin Mustafayev Azərbaycan-Belarus əlaqələrinin iqtisadiyyat, ticarət və humanitar sahələr olmaqla, iqtisadiyyatın bir çox sahələrini əhatə etdiyini və uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, bu ilin mayında Minskdə Azərbaycan Ticarət Evinin fəaliyyətə başlaması ölkələrimiz arasında əlaqələrin inkişafında, Azərbaycan məhsullarının Belarusa ixracının artırılmasında əhəmiyyətlidir. Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının rəsmi səfərlərinin, keçirilən görüşlərin xüsusi rolunu diqqətə çatdıran iqtisadiyyat naziri Valeri Malaşkonun səfərinin də Azərbaycan-Belarus əlaqələrinin, xüsusilə də səhiyyə və əczaçılıq sahəsində əməkdaşlığın inkişafında önəmini vurğulayıb. Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan əczaçılıq sənayesinin inkişafına xüsusi diqqət yetirir. Artıq bu sahədə ixtisaslaşmış Pirallahı Sənaye Parkı yaradılıb. Sənaye parkında Rusiya və İranla birgə müəssisələrin təşkili istiqamətində iş aparılır. Belarus şirkətləri də Pirallahı Sənaye Parkında yaradılmış əlverişli imkanlardan istifadə edə bilərlər. Bildirilib ki, Bakı Ekspo Mərkəzində təşkil ediləcək 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisində parkın fəaliyyəti və burada yaradılan əczaçılıq müəssisələri barədə təqdimatlar keçiriləcək. Belarus Respublikasının səhiyyə naziri Valeri Malaşko vurğulayıb ki, Belarus Azərbaycanla digər sahələrdə olduğu kimi, səhiyyə və əczaçılıq sahələrində də əlaqələrin inkişafında, o cümlədən tibb sahəsində mütəxəssis hazırlığına dəstək göstərməkdə və birgə əczaçılıq müəssisəsinin yaradılmasında maraqlıdır. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair də fikir mübadiləsi aparılıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info