Putin və Ərdoğan “saatları uyğunlaşdırır”
Tarix: 27.09.2017 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


Rusiya İdlibdə təhlükəsizlik zonası yaratmaq və qruplaşmaları dialoqa cəlb etmək üçün Türkiyənin köməyinə ehtiyac duyur

Suriyada, İraqda baş verən son olaylar fonunda Rusiya, Türkiyə və İran dövlət başçıları arasında olan telefon danışığı mühüm əhəmiyyət kəs edir. Bu danışıqlarda regionla bağlı hansı məsələlərin müzakirə edildiyi bəlli deyil. Rəsmi məlumatlarda isə ümumi cümlələr yer alıb. Rusiya dövlət başçısı Putinin Ankaraya, Türkiyə dövlət başçısının isə Tehrana səfər edəcəyini nəzərdə alsaq, üç dövlət başçısı arasında regionla bağlı hansısa razılaşma əldə edilməsi istiqamətində ciddi danışıqlar getdiyini söyləmək olar. Bundan bir qədər əvvəl Rusiya və İran Baş Qərargah rəisləri də Ankaranı ziyarət etmişdi. Ekspertlər hesab edir ki, əsas müzakirə mövzusu Suriya və İraqla bağlı olub. Xüsusilə, Suriyadakı münaqişənin həli ilə bağlı aparılan Astana danışıqları və təhlükəsizlik zonaları əsas müzakirə mövzusu olub. Bu ehtimalı gücləndirən məqamlardan biri di Suriyadakı silahlı qruplaşmaların İdlibə hücumu və onlara Rusiya hava qüvvələri və Əsədə tabe olan qüvvələr tərəfindən zərbə endirilməsi olub. Ankara bu zərbələrdən razı qalmayıb və iddia edir ki, zərbə vurulan qrup arasında müxalifət nümayəndələri də olub və həmin qrup üzvləri Astana danışıqlarında təmsil olunurlar. Kremlin yaydığı məlumatda qeyd edilir ki, Putinlə Ərdoğan Suriyada yaradılan 4 təhlükəsizlik zonasının münaqişənin həlli, vətəndaş savaşının bitməsi və münaqişənin Suriyanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllində mühüm rol oynadığını qeyd ediblər. Bildirilir ki, bu məsələlər Putinin sentyabrın 28-də Ankaraya gözlənilən səfərində daha detallı şəkildə müzakirə ediləcək. Ekspertlər qeyd edir ki, Suriyada ərazisində formalaşdırılmalı olan 4-cü təhlükəsizlik zonası İdlibdə olmalıdır. Amma İdliblə bağlı situasiya aydın deyil. “Təhrir aş-Şam” quplaşmasının İdlibə son hücumundan sonra situasiya qeyri-müəyyən olaraq qalır. Çünki bu hücumdan sonra Rusiya hava qüvvələri Əsədə bağlı qüvvələrlə birlikdə orada olan bütün qruplara zərbə endiriblər. Astana danışıqlarında iştirak edən müxalifət qruplarının da zərbəyə məruz qalması problem yaradıb. Ona görə də İdlibdə təhlükəsizlik zonası yaratmaq məsələsi qəlizləşib. Məsələ ondadır ki, zərbələr zamanı “Təhrir-aş Şam”ın liderlərindən biri öldürülüb. Bəzi məlumatlara görə, İdlib vilayətində sentyabrın 18-də Rusiya hərbi polisinə hücuma rəhbərlik etmiş “Təhrir-aş Şam” terror təşkilatının 5 səhra komandiri zərərsizləşdirilib. Rusiya Müdafiə Nazirliyi bildirib ki, onların yerinin müəyyənləşdirilməsi üçün çoxsəviyyəli kəşfiyyat sistemindən istifadə dilib. Terrorçuların olduğu əraziyə raket-aviasiya zərbəsi endirilib. Nəticədə səhra komandirləri Əbu Salman Əs-Saudi, Əbu əl-Abbas Anadin, Əbu Həsən, Valid əl-Mustafa, Əbu Mücaid öldürülüb. Əməliyyat zamanı daha 32 döyüşçü və 6 avtomobil məhv edilib. Hücumdan digər qruplar da zərər çəkib. İndi həmin qrupları dialoqa cəlb etmək üçün onlarla danışıqlar aparmaq lazımdır. Qruplaşmalar bildirir ki, Rusiya qüvvələri ağına-bozuna baxmadan onları bombalayıb. Bu isə etimadsızlıq yaradır. Rusiya həmin qruplaşmaları dialoqa cəlb etmək, etimad mühiti yaratmaq üçün Türkiyənin, Ərdoğanın köməyinə ehtiyac duyur. Rusiya və Türkiyə dövlət başçıları İdliblə bağlı məsələni müzakirə edərək vahid mövqe ortaya qoymağa çalışacaqlar. Rusiyalı ekspertlər hesab edir ki, İdlibdə radikal qüvvələrin üstünlüyü var və əsas müqavimət gücünü də onlar təşkil edir. Mülayim müxalifət qüvvələri birləşmiş halda belə, onlardan zəifdirlər. İdlibdə yerləşən qüvvələrə ən çox təsir imkanı Türkiyədədir. Bu arada Rusiya dövlət başçısının mətbuat xidmətinin rəhbəri Dmitri Peskov dünən verdiyi açıqlamada bildirib ki, Rusiya ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlıq beynəlxalq hüququ normalarına uyğun olmaqla yanaşı üçüncü ölkəyə qarşı yönəlməyib: “Heç kimin Rusiya ilə Türkiyə arasında olan hərbi-texniki əməkdaşlığı tənqid etmək hüququ yoxdur. Çünki bu əməkdaşlıq ciddi şəkildə beynəlxalq hüquqa uğun şəkildə qurulur. Bu əməkdaşlıq heç bir halda üçüncü bir ölkəyə qarşı yönəlməyib”. Qərbin Türkiyənin Rusiyadan C-400 sistemlərini almasını tənqid etməsinə münasibət bildirən Peskov deyib ki, heç kimin bu məsələ ilə bağlı tənqidi fikir səsləndirməyə əsası yoxdur. Putinin Ankara səfərinə toxunun Peskov bildirib ki, səfər tamamilə praqmatik məqsədlidir: “Rusiya və Türkiyə ticarət-iqtisadi, investisiya, meqalayihələr, mədəniyyət sahəsində sıx əməkdaşlıq edirlər. İki ölkə Suriyada da daxil olmaqla regional təhlükəsizliyin təmin olunması istiqamətində aktiv şəkildə qarşılıqlı fəaliyyət göstərirlər. Bütün bu məsələlərlə bağlı “saatların uyğunlaşdırılması” həyata keçiriləcək”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info