Venesuela prezidenti orduya çağırış edib
Tarix: 27.09.2017 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Venesuela prezidenti Nikolas Maduro ABŞ-la münasibətlərdə gərginliyin artması fonunda Silahlı Qüvvələri suverenliyin qorunmasına hazır olmağa çağırıb. Bu barədə Venesuelanın AVN informasiya agentliyi məlumat yayıb.
“Müdafiə zəncirinin hər bir halqasına zəmanət vermək üçün, ölkənin bütün bölgələrində, ştatlarında və yaşayış məntəqələrində müdafiənin gücləndirilməsinin vaxtı çatıb. Hər bir şəxs Venesuelanın dinc, suveren dövlət kimi XXI əsrə irəliləməsini təmin etməyə hazır olmalıdır”, - deyə Maduro qeyd edib. Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Venesualaya qarşı yeni sanksiyalar tətbiq edib. Qeyd edək ki, Venesuela müxalifəti hakimiyyətlə Dominikan Respublikasında planlaşdırılan dialoqun yeni mərhələsində iştirak etməkdən imtina edib. Bu barədə müxalifət liderlərindən biri olan Luis Florido bildirib. “Biz məsuliyyəti öz üzərimizə götürürük. Dominikan Respublikasında prosesi davam etdirmək üçün heç bir zəmin yoxdur”, - deyə Florido Karakasda mətbuat konfransında bildirib. Onun sözlərinə görə, hökumət dialoqun davam etdirilməsi üçün şərtlərdən heç birini icra etməyib, həmçinin bu görüşlərin şəffaf qrafiki hələ də tərtib edilməyib: “Danışıqlara başlamaq üçün heç bir ciddi zəmin indiyədək yaranmayıb”. Danışıqlara sentyabrın ortalarında Dominikan Respublikasında start verilib. Danışıqların aparılmasının təşəbbüskarı İspaniyanın sabiq baş naziri Xose Luis Rodriqes Sapatero və Dominikan Respublikasının prezidenti Danilo Medina olub.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info