Pentaqon rəhbəri və NATO baş katibindən Kabilə gözlənilməz səfər
Tarix: 28.09.2017 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


NATO-nun baş katibi: “Əfqanıstanda əməliyyatları davam etdirmək lazımdır”
ABŞ-ın müdafiə naziri Ceyms Mettis və NATO-nun baş katibi Yens Stoltenberq Əfqanıstanın paytaxtına elan olunmamış səfər ediblər. TASS xəbər verir ki, Mettis və Stoltenberq səfər əsnasında ölkə rəhbərliyi ilə danışıqlar aparıb. Bu, ABŞ-ın yeni strategiyası elan olunduqdan sonra Pentaqon rəhbərinin və NATO-nun baş katibinin Əfqanıstana ilk səfəridir. Xatırladaq ki, avqustun 21-də Donald Tramp Fort-Mayer bazasından xalqa müraciətində ABŞ-ın Əfqanıstana dair yeni strategiyasını elan edib. Bundan sonra Vaşinqton orada yerləşən hərbi kontingentin sayı, hərbi əməliyyatların başlaması və sona çatması barədə məlumat verməyəcək. ABŞ Əfqanıstanda hərbi əməliyyatlara 2001-ci ildə başlayıb. Hazırda orada beynəlxalq koalisiyanın təxminən 13 min hərbçisi, o cümlədən 8,4 min amerikalı əsgər və zabit var. Onlar əsasən Əfqanıstan ordusunun təlimi ilə məşğul olur və hərbi müşavir rolunda çıxış edirlər. NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib ki, NATO-nun Əfqanıstandan çıxarılmasının qiyməti alyansın fəaliyyətini davam etdirmək üçün lazım olandan daha yüksək olacaq: “Əgər hazırda belə bir addım atılarsa, yəni, NATO qoşunları bu ölkədən çıxarılarsa, belə olan halda bu ölkə terrorçular üçün ən təhlükəsiz bir sığınacağa çevrilə bilər. Bununla yanaşı, Əfqanıstan Avropada yeni bir miqrasiya böhranının qaynağı ola bilər”. Stoltenberq antiterror əməliyyatı zamanıbir neçə min terrorçunun öldürüldüyünü xatırladaraq, hazırda NATO-nun bu ölkədəki mövcudluğunu yüksək qiymətləndirib. O, alyansın bu ölkədə olmasını beynəlxalq ictimaiyyətə milyardlarla avroya başa gəldiyini bildirib. Onun sözlərinə görə, NATO-nun bu ərazilərdən getməsi gələcəkdə Əfqanıstanla yanaşı, qonşu ölkələri də qeyri-sabitliklə təhdid edir. Qeyd edək ki, 2015-ci ilin yanvarından etibarən Əfqənistanda NATO-nun "Qətiyyətli dəstək" adlı qeyri-döyüş missiyası fəaliyyət göstərir. Bu missiyanın əsas məqsədi əfqan hüquq-mühafizə orqanları nümayəndələrini yetişdirmək və onlara məsləhətlər verməkdir. Bu missiya NATO-nun başçılığı altında, ABŞ-ın və beynəlxalq təhlükəsizlik qüvvələrinin də rəhbərlik etdiyi antiterror koalisiyası tərəfindən aparılan döyüş əməliyyatını əvəz edib. O da qeyd edilməlidir ki, NATO rəhbərliyi 2014-cü ildə Əfqənistandakı hərbi missiyanın dayandırılmasının səhv bir addım olduğunu və yenidən hərbi əməliyyatlara dönməyin vacibliyini bəyan etmişdi. 2017-ci ilin iyul ayında NATO ölkələrinin müdafiə nazirlərinin toplantısında alyans, qüvvələrinin bu ölkədə mövcudluğunun 2017-ci ildən sonra davam edəcəyini bəyan edib. Alyans rəhbərliyi bununla yanaşı, bu ərazidəki hərbi qüvvələrin daha da gücləndirilməsi barədə məlumat versə də, lakin NATO qüvvələrinin sayının açıq qaldığını bəyan etmişdi. Əvvəllər alyansın hərbi komandanlığı əfqan təhlükəsizlik qüvvələrinin daha effektiv təlim, yardım və məsləhətləşmələri üçün bir neçə min əsgər tələb etmişdisə, verilən son məlumatlara görə, alyans əlavə olaraq daha 3-4 min nəfər istəyib.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info