UNEC-in Zaqatala filialında Ümumdünya Turizm Günü
Tarix: 28.09.2017 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


UNEC-in Zaqatala filialında 27 sentyabr – “Ümumdünya Turizm Günü” qeyd olunub. “Turizm və otelçilik” ixtisasında təhsil alan I kurs tələbələri “Bir günlük turist” şüarı ilə Zaqatalanın turizm bölgələrinə səfər ediblər. Qədim “Alban kilsəsindən” başlayan gəzinti, Zaqatala Dövlət Qoruğu, Car kəndində yerləşən Cingözqala ilə davam edib. Filialın müəllimləri Qüdrət Qırtımov və Pərvanə İsmayılova “turist tələbələrə” Zaqatalanın turizmin müxtəlif növlərinin inkişafı üçün geniş potensiala malik olduğunu qeyd edib, onlara tarixi abidələr barədə ətraflı məlumat veriblər. Müəllimlər Zaqatalanın müxtəlif dövrlərə aid 108 tarixi və memarlıq abidələri ilə zəngin olduğunu diqqətinə çatdırıblar. Dövlət Təbiət Qoruğunun Cənubi Qafqazda yerli flora və faunanı qorumaq üçün qurulan ilk qoruqlardan olduğunu xüsusi vurğulayıblar. “Bir günlük turist”lərin Zaqatalanın turizm bölgələrinə səfəri maraqlı anlarla yadda qalıb.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info