Neftin qiyməti yüksəlir
Tarix: 28.09.2017 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


“Brent” markalı neftin qiyməti 59 dollardan yuxarı qalxaraq 2015-ci ilin iyulundan bu yana ilk dəfə bu zirvəyə çatıb

Dünya iqtisadiyyatının gedişini yaxından izləyən OECD və BVF kimi beynəlxalq təşkilatlar 2010-cu ildən sonra olduqca çətin bir dövr yaşadılar. Dünya iqtisadiyyatının inkişaf həcmi ilə bağlı məlumatları davamlı olaraq aşağı səviyyədə seyr etmək məcburiyyətində qalan bu təşkilatlar illərdən bəri ilk dəfə 2017-ci ildə daha optimist proqnozlar vermə nöqtəsinə gəliblər.
OECD-in keçən həftə açıqlanan son təxminində, dünya iqtisadiyyatında sinxron bir şəkildə inkişafın başladığı ifadə edildi və dünya iqtisadiyyatının 2017-ci ildə 3,5 faiz, 2018-ci ildə 3,7 faiz böyüyəcəyi təxmin edilib. Burada Avropadakı böyümənin bu il 2,1 faizə yüksələrək ABŞ-dakı inkişafı yaxalayacağı, Çindəki böyümənin 6,8 faiz olmaqla təxminləri aşacağı, Rusiya və Braziliyanın durğunluqdan çıxaraq iqtisadi artıma keçəcəyi vurğulanıb.
IMF və Dünya Bankının 10-15 oktyabrda Vaşinqtonda keçiriləcək illik konfrans zamanı açıqlanacaq BVF-nin İqtisadi Görünüş hesabatında da keçən ilə görə daha optimist proqnozların yer alması təəccüb doğurmayacaq. Yeni həftə başlayandan qlobal bazarlarda xam neftin qiymətində yüksəliş davam edir. Türkiyənin İraqın şimalından gələn xam neft axışını dayandırmaq təhdidiyndən sonra “Brent” tipli xam neftin qiyməti 26 ayın ən yüksək səviyyəsinə çatıb. “West Texas” tipli xam neftin qiyməti 52,15 dollara çatıb. Barel qiyməti 59 dollardan yuxarı olan “Brent” tipli xam neft bu performansıyla iki ilin zirvəsinə yüksəldi. Qiymətlərin yüksəlməsinə səbəb sürətli bir şəkildə artan qlobal tələb və İraqın şimalında keçirilən referendumdan sonra bu bölgədən ixracatın dayandırılması təhdidi olub. “Brent” markalı neft, London bazarında çərşənbə axşamı yüksəliş nəticəsində 59,04 dollar olmaqla 2015-ci ilin iyulundan bəri ən yüksək nöqtəsinə çatmış oldu. Sənayeləşmiş ölkələrdə artan tələbə son on ildə ilk dəfə inkişaf etməkdə olan bazarların da dəstək verməsi və qlobal ehtiyatların çoxalmasıyla “Brent” iyun ayından bu yana 30 faizdən çox gəlir əldə edib.

"Çin bazarın təmizlənməsinə kömək edib"

Bu həftə qlobal neft ticarətinin öndə gələn şirkət və şəxslərinin "Asiya Sakit Okean Neft Konfransı"nda iştirak etmək üçün Sinqapura axın etməsi səbəbiylə Asiyanın yüksələn neft tələbi müzakirə obyekti oldu. Konfransa video bağlantı ilə qatılan OPEC-in baş katibi Məhəmməd Barkindo Asiya ölkələrini Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və kartelə üzv olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair sazişə qatılmağa çağırıb. O bildirib ki, yaxın gələcəkdə Asiya-Sakit Okean regionu OPEC və Yaxın Şərq üçün neft ixracının həyata keçiriləcəyi əsas bölgə olacaq. 2040-cı ilə qədər Asiya-Sakit Okean regionunda neftin idxalı, Yaxın Şərqdə isə ixracı artacaq: “Yaxın Şərqdən Asiya-Sakit Okean regionuna xam neft ixracının 2040-cı ilədək gündəlik 7,5 milyon barel artaraq 14,5 milyon bareldən 22 milyon barelə çatacağı gözlənilir”. “Financial Times”ın Sinqapurda təşkil etdiyi "FT əmtəələrin Asiya Zirvəsi" ndə kürsüyə çıxan ekspertlər də qeyd ediblər ki, neft bazarları yenidən balans rejiminə daxil olub: “ Ehtiyatlardakı azalmanın davam etdiyini görürük. Çin neft bazarını təmizləməyə kömək etdi”. Mütəxəssislər neft qiymətlərinin 60 dollardan yuxarını da test edə biləcəyini, lakin qiymətlərin bu cür qalmayacağını düşünürlər. UBS Group əmtəə analitiki Giovanni Staunovo isə bildirib ki, “Brent” barel başına 60 dollardan yuxarı ola bilər, ancaq bu davamlı ola bilməz”. “PVM Oil Associates”in analitiklərindən olan Tamas Varga isə qeyd edib ki, neftin qiyməti 60 dolları keçərsə, ilin geri qalan müddətində də qiymət bu həddən aşağı düşməyəcək: “2017-ci ildən sonra nə olacağı isə tamamilə OPEK-in əlindədir”.

Ərdoğanın çıxışı qiymətləri yüksəldib

Xatırladaq ki, Şimali İraqda keçirilən referendumla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sərt bəyanat verib. O, qeyd edib ki, Şimali İraqdan nefti ixracını dayandıra bilərlər. Ərdoğanın bu bəyanatlardan sonar neft qiyməti sürətlə artıb. Qeyd edək ki, İraqın şimalındakı sahələrdən çıxarılan neft, Kərkük-Ceyhan boru xətti üzərindən Ceyhan terminalına çatdırılır.
Gündəlik Ceyhan terminalına təxminən 550 min barel neft axır. İraq Kürd muxtariyyətinin 2014-ci ildən etibarən neft ixracatı artmaqdadır. Beynəlxalq enerji nəhəngləri “Vitol”, “Trafigura”, “Petraco” və “Glencore”ilə yanaşı, Rusiyanın neft şirkəti olan “Rosneft”in bölgədəki sərmayələri bunu dəstəkləyir.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Birinci vitse-prezident Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb
25.09.2018
Prezident “ADEX-2018” Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
25.09.2018
Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
25.09.2018
Yaxın gələcəkdə Ticarətin Asanlaşdırılması Mərkəzi istifadəyə veriləcək
25.09.2018
Birinci vitse-prezident Mehriban Əliyeva İtaliyaya rəsmi səfərə gedib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info