İki mindən artıq məhkum azad olunacaq
Tarix: 08.05.2013 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Milli Məclisin ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunan iclası keçirilib. İclasda Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Amnistiya elan edilməsi haqqında” qanun layihəsi də müzakirə olunub. Amnistiya təşəbbüsü ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva çıxış edib.
Mehriban Əliyeva çıxışında ümidvar olduğunu deyib ki, azadlığa çıxan insanlar öz səhvlərini dərk edəcəklər, bir də gələcəkdə belə səhvlərə yol verməyəcəklər, ailələrinə qovuşacaqlar, cəmiyyətdə öz yerlərini tutacaqlar. Birinci xanım bildirib ki, bir neçə gündən sonra Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin 90 illik yubileyini qeyd edəcək: "Böyük siyasətçi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində qoyub getdiyi Azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi və gördüyü nəhəng işlərlə yaşayacaq. Heydər Əliyev müdrik, güclü, cəsarətli, nəhəng intellektə və əyilməz iradəyə malik olan bir insan idi. Eyni zamanda, onun ailə üzvü olaraq demək istərdim ki, Heydər Əliyev çox xeyirxah, mərhəmətli və humanist insan idi. Adi insanlarla münasibətdə o çox sadə və ədalətli idi. Baxmayaraq ki, ömrünün müxtəlif çağlarında Heydər Əliyev ədalətsizlik, satqınlıq, xəyanətlə üzləşmişdir. Elə bu salonda onun vaxtilə irəli çəkdiyi insanlar ona qarşı əsassız hücumlar etmişlər. Lakin o, 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilərək həmin adamların böyük əksəriyyətini bağışladı və bu bağışlamaq qabiliyyəti ilə bir daha öz böyüklüyünü təsdiqlədi". M.Əliyeva qeyd edib ki, bu gün müzakirə edilən Amnistiya aktı əslində bağışlama aktıdır və belə bir qanunun Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində qəbul edilməsi böyük rəmzi xarakter daşıyır: "Əziz dostlar, mən inanıram ki, bağışlamaqla, xoş niyyətlə, mərhəmətlə bu dünyada, doğrudan da bir çox şeyləri yaxşılığa doğru dəyişdirmək mümkündür. Əsrlər boyu insanda insanlığı qoruyub saxlayan məhz humanizm ideyaları, humanizm prinsipləri olub. Diqqətinizə təqdim olunan qərarda təqribən 9 min şəxsin Amnistiya aktının təsiri altına düşməsi nəzərdə tutulub. Onlardan 2 mindən artıq məhkumun azad olunması gözlənilir". Layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, I və II qrup əlillər, 60 yaşına çatan kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud I və ya II qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər. Amnistiya aktı parlamentdə qəbul edilib.

İ.Ağayev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info