Bu gün Azərbaycan qazının Bolqarıstana nəqli ilə bağlı sənəd imzalanacaq
Tarix: 28.09.2017 | Saat: 15:22:00 | E-mail | Çapa göndər


Azərbaycan təbii qazını Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (Interconnector Greece-Bulgaria - IGB) layihəsinin yerinə yetirilmə planı bu gün imzalanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç Rumıniyanın paytaxtı Buxarestdə keçirilən “Aspen Energy Summit”dəki müzakirələr zamanı deyib.
“Biz sentyabrın 28-də Yunanıstan-Bolqarıstan interkonnektoru üçün layihənin icrası üzrə planının imzalanmasının şahidi olacağıq. Azərbaycan təbii qazının bu interkonnektorla şimal-qərbə nəqli vacibdir”, - deyə M.Şefçoviç bildirib.
Qeyd edək ki, Azərbaycan təbii qazı “Trans-Adriatik” (TAP) qaz boru kəməri ilə 2020-ci ildə Avropaya çatdırılacaq. Həmin qazı Bolqarıstana nəql edəcək IGB interkonnektoru isə 2019-cu ilin sonunda hazır olacaq.
2013-cü ilin sentyabrında “Bulgargaz EAD” “Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alışı ilə bağlı 25 illik saziş imzalayıb. Azərbaycan qazı Bolqarıstanın istehlakının dörddəbir hissəsini ödəyəcək.
Yunanıstan-Bolqarıstan interkonnektoru Bolqarıstana Azərbaycan qazının, xüsusilə də, “Şahdəniz-2” qaz-kondensat yatağından hasil edilən qazın çatdırılmasına imkan verən qaz boru kəməridir.
IGB-nin ilkin ötürmə gücü 3 milyard kubmetr qaz olacaq. Layihənin dəyəri təxminən 240 milyon avro ətrafında qiymətləndirilir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info