VII Rusiya-Azərbaycan regionlararası forumu işə başlayıb
Tarix: 28.09.2017 | Saat: 15:24:00 | E-mail | Çapa göndər


Sentyabrın 28-də Stavropolda “İnvestisiyalar, innovasiyalar, turizm” mövzusunda VII Rusiya-Azərbaycan regionlararası forumu işə başlayıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi və Rusiyanın İqtisadi İnkişaf Nazirliyi tərəfindən təşkil olunan forumda nazir Şahin Mustafayevin rəhbərliyi ilə 120 nəfərdən ibarət nümayəndə heyəti iştirak edir. Forumda sənaye və humanitar sahələrdə əməkdaşlıq, turizmin inkişafı, səhiyyə sahəsində innovasiyalar və digər mövzularda “dəyirmi masa”lar, işgüzar əlaqələr birjası keçiriləcək, ikitərəfli əməkdaşlığa dair sənədlər imzalanacaq.
Bir gün əvvəl forum iştirakçıları Stavropol vilayətinin Pyatiqorsk şəhərində olublar. Qubernator Vladimir Vladimirovun müşayiəti ilə nümayəndə heyəti şəhərin görməli yerlərini gəzib, Kirov adına sanatoriyada ümummilli lider Heydər Əliyevin xatirə lövhəsinin önünə gül dəstəsi qoyublar.
Rusiya-Azərbaycan regionlararası forumu 2010-cu ildən keçirilir. Ötən il Bakıda keçirilən forumda hər iki ölkəni təmsil edən 70-dən çox şirkətdən 500-dən artıq iş adamı iştirak edib, ikitərəfli əməkdaşlığa dair 12 sənəd imzalanıb.
Rusiya Azərbaycanın əsas ticarət-iqtisadi tərəfdaşıdır. Bu ölkənin Azərbaycana yatırdığı investisiyanın məbləği 3 milyard dollardan çoxdur. Cari ilin 7 ayı ərzində iki ölkə arasında əmtəə dövriyyəsi 1,1 milyard dollar təşkil edib. Rusiya regionlarının yarısından çoxu Azərbaycan ilə ticarət-iqtisadi, elmi-texniki və mədəni sahələrdə ikitərəfli sazişlər imzalayıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info