7-ci Beynəlxalq Biennalesi incəsənət festivalı işə başlayıb
Tarix: 28.09.2017 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


Çinin paytaxtı Pekində 7-ci Beynəlxalq Biennalesi işə başlayıb.
AZƏRTAC xəbər verir ki, “İpək yolu və dünya sivilizasiyası” devizi altında keçirilən builki incəsənət festivalında 102 ölkədən ümumilikdə 601 əsər nümayiş olunur. Bura rəsm və heykəltəraşlıq əsərləri, fotoşəkillər, müasir incəsənət nümunələri, videolar daxildir.
Sərgidə ölkəmizi xalçaçı-rəssam Adil Şıxəliyev və heykəltəraş Samir Səmədov təmsil edirlər. Adil Şıxəliyevin yun-ipəkdən işlədiyi xalça “İpək yolu”, heykəltəraş Samir Səmədovun metal və polyesterdən istifadə edərək ərsəyə gətirdiyi əsər isə “Günəşin izi ilə” adlanır. Hər iki əsər biennale ziyarətçilərinin böyük marağına səbəb olub.
Çin Milli İncəsənət Muzeyində keçirilən sərginin açılış mərasiminə 500-dən çox qonaq, o cümlədən müxtəlif ölkələrdən təxminən 200 incəsənət xadimi, diplomatik korpusun təmsilçiləri qatılıb. Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı açılış mərasimində iştirak edib, sərgidə nümayiş olunan Azərbaycan əsərləri ilə tanış olub.
Çinin Ədəbiyyat və İncəsənət Federasiyası, Çin İncəsənət Xadimləri Assosiasiyası və Pekin Bələdiyyəsinin birgə təşkil etdiyi sərgi oktyabrın 15-dək davam edəcək. Biennale çərçivəsində simpoziumlar, ustad dərsləri, müəlliflərlə görüşlər təşkil ediləcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info