“Molla Pənah Vaqif təsviri realizmin banisi kimi”
Tarix: 28.09.2017 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycanın böyük şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş “Molla Pənah Vaqif təsviri realizmin banisi kimi” Respublika elmi-praktik konfransı keçirilib. Konfransda millət vəkili, yazıçı-publisist Aqil Abbas, AMEA-nın Əlyazmalar İnstitutunun direktor müavini, professor Paşa Kərimov, ali təhsil müəssisələrinin alim-mütəxəssisləri və gənc tədqiqatçılar iştirak ediblər. Konfrans iştirakçıları öncə Molla Pənah Vaqifin əsərlərindən, eləcə də şairin həyat və yaradıcılığına həsr olunmuş əsərlərdən ibarət kitab sərgisi ilə tanış olublar.
Konfransı ADPU-nun rektoru, professor Cəfər Cəfərov giriş sözü ilə açaraq bildirib ki, Prezident İlham Əliyev 2017-ci il yanvar ayının 12-də “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Prezidentin bu sərəncamının icrası ilə əlaqədar təhsil naziri cənab Mikayıl Cabbarov müvafiq əmr imzalayıb. Bugünkü konfrans həmin Sərəncama və əmrə əsasən keçirilir.
Molla Pənah Vaqifin adının UNESKO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür. Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan verib. Azərbaycan şeri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoyub. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə həm də siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirib.
Gözəllik və məhəbbət şairi olan Vaqifin yaradıcılığı daim tədqiq obyektinə çevrilib, əsərləri kütləvi tirajla nəşr edilib və yubileyi keçirilib. 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olub. 1992-ci il mayın 8-də Ermənistanın silahlı quldur dəstələri işğala məruz qoyduqları Şuşada bütün beynəlxalq hüquq normalarını pozaraq mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törədib və 600-ə yaxın tarixi-memarlıq abidəsini talayıb məhv edib, o cümlədən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ev-muzeylərini və Molla Pənah Vaqifin məqbərəsini dağıdıblar. Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi bu gün də aktuallığını qoruyan və həllini gözləyən mühüm məsələlərdəndir. Rektor çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.
Millət vəkili, yazıçı-publisist Aqil Abbas, AMEA-nın Əlyazmalar İnstitutunun direktor müavini, professor Paşa Kərimov Vaqifin ədəbiyyatımızın inkişafında, ana dilimizin zənginləşməsində böyük xidmətləri olduğunu vurğulayaraq konfransın keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər.
Konfransda Molla Pənah Vaqiflə bağlı videoçarx nümayiş etdirilib.
Plenar iclasda Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilovun “Molla Pənah Vaqifin özü və tarixin sözü”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru Təyyar Salamoğlunun “ XX əsrin 20-30-cu illərinin ədəbi-nəzəri fikirində Vaqif (Salman Mümtazın tədqiqatları əsasında)” mövzularında məruzələri dinlənilib. Məruzələr konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Sonra konfrans öz işini “Molla Pənah Vaqifin ədəbi irsinə yeni baxış”, “Molla Pənah Vaqif yaradıcılığında dil və üslub xüsusiyyətləri”, “Molla Pənah Vaqifin ictimai-siyasi xadim və şair kimi tədrisi məsələləri” adlı 3 elmi bölmədə davam etdirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Kaspersky Lab” Avropa istifadəçilərinin məlumatlarının emalına başlayıb
16.11.2018
Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir
16.11.2018
Bakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir
16.11.2018
Azərbaycanda əmək pensiyalarının hesablanması qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik edilir
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info