“Washington Times”: “ABŞ Konqresi Qafqaz regionunda baş verənləri düzgün anlamır”
Tarix: 28.09.2017 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


“Washington Times” qəzetində Amerika Xarici Siyasət Şurasının böyük elmi işçisi doktor Stiven Blankın məqaləsi dərc edilib. AZƏRTAC xəbər verir ki, məqalə müəllifinin fikrincə, Amerikada bəzi qanunvericilərin fəaliyyəti ABŞ-ın Cənubi Qafqaza münasibətdə xarici siyasətinə uyğun deyil.
Müəllif yazır ki, ABŞ Konqresi Amerika Konstitusiyasına əsasən ölkənin icra hakimiyyətinə həvalə edilmiş xarici siyasətin həyata keçirilməsi zamanı Amerikanın Qafqazdakı maraqlarına münasibətdə ciddi səhvlərə yol verir. Məsələn, bu yaxınlarda Konqres guya Azərbaycanda “insan haqları sahəsində nöqsanlara” görə, ona qarşı sanksiyalar tətbiq olunacağı barədə hədə-qorxu gəlib, eyni zamanda, Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi üçün az bir məbləğ ayırıb. S.Blank yazır ki, Ermənistanın hətta məbləğdə minimal da olsa, maliyyələşdirilməsi vəziyyəti yalnız gərginləşdirir.
Azərbaycanın Dağlıq Qarabağ regionunun minalardan təmizlənməsi üçün vəsait verilməsi barədə sənədlərdə həmin regionun Ermənistan tərəfindən işğal edilməsi faktı göstərilmir. Ona görə də bu qərar ABŞ-ın xarici siyasət kursunun ifadəsi olmaqdan daha çox, onun daxili siyasətindəki nüansların nəticəsidir. Əhalisinin tərkibində ermənilərin üstünlük təşkil etdiyi dairənin təmsil edən konqresmen üçün bunun fərqi yoxdur, çünki o, ABŞ-ın xarici siyasətini inkişaf etdirməkdən daha çox, öz seçicilərinin dəstəyini qazanmaqda maraqlıdır.
Yetərli və ya adekvat biliklər olmadığı halda bu cür kobud siyasi fəaliyyət xəttinin hazırlanması Qafqazda insan haqları və sülhün qorunması məsələsində ABŞ-ın maraqlarının inkişafına da mənfi təsir göstərir. Konqres Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən işğal edilməsi faktına etinasızlıq göstərməklə, bəlkə də özü istəmədən, Bakıya onun problemləri ilə maraqlanmadığını nümayiş etdirir.
Doktor Blank məqaləsinin sonunda yazır ki, ABŞ bu regionda strateji baxımdan ağlabatan siyasət yürütməli və region ölkələrinin dinamikasını daha tam anlamalıdır. Nəhayət, bu, həm ABŞ-ın mənafelərini, həm də hamılıqla qəbul edilmiş dəyərlərin geniş yayılmasında irəliləyişi təmin etməyin daha səmərəli üsuludur.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info