Azərbaycan musiqisi Niderlandda təbliğ olunur
Tarix: 28.09.2017 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


Niderland Krallığında fəaliyyət göstərən “Odlar Yurdu” Azərbaycan-Niderland Cəmiyyəti bəstəkar, Azərbaycanın Xalq artisti Tofiq Bakıxanovun musiqi əsərlərini Hollandiyanın Haaqa və Groningen konservatoriyalarına təqdim edib.
Cəmiyyətin sədri Frəngiz Bağırova bildirib ki, Azərbaycan musiqisini yerli musiqi ictimaiyyətinə tanıtmaq və təbliğ etmək məqsədilə T.Bakixanovun orkestr, fleyta və piano üçün əsərləri Hollandiyanın iki ən böyük musiqi ocağına verilib. Onun sözlərinə gorə, Azərbaycanın görkəmli bəstəkarının əsərlərini böyük maraqla qarşılayan Haaqa və Groningen konservatoriyalarının rəhbərliyi T.Bakıxanova təşəkkür məktubu ünvanlayıblar.
“Odlar Yurdu” Azərbaycan-Niderland Cəmiyyəti Hollandiyada Azərbaycanı, onun tarixini, mədəniyyətini, musiqisini gənc nəslə tanıtmaq məqsədilə belə layihələri davam etdirmək niyyətindədir. Yaxın vaxtlarda Azərbaycan musiqisinin digər görkəmli nümayəndələrinin əsərlərini ölkənin musiqi təhsili verən məktəblərinə, həmçinin kitabxanalarına təqdim etməyi planlaşdırır.
10 ildir fəaliyyət göstərən “Odlar Yurdu” Cəmiyyəti bu müddət ərzində Azərbaycanın Avropanın aparıcı dövlətlərindən biri olan Niderlandda tanıdılması istiqamətində müxtəlif tədbir və konsertlər təşkil edib, uğurlu layihələrə imza atıb.
Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info