“ENGİN LTD” MMC 1,8 milyon manata yaxın cərimə edildi
Tarix: 08.05.2013 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam yayımı sahəsində aparılan monitorinqlər zamanı “Blend-a-med” diş məcunu, “Oral-B” diş fırçası və “Always-Ultra” qadın bezlərinin reklamlarında istehlakçıların seçim sərbəstliyinə təsir göstərən qanunsuz reklamdan istifadə edildiyi müəyyən olunub. Bununla əlaqədar həmin reklamların sifarişçisi olan “ENGİN LTD” MMC-yə qanunsuz reklamların yayımının dayandırılması barədə göstəriş verilmiş və reklamların mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılması təmin edilib.
Yol verilmiş qanun pozuntusu ilə əlaqədar “ENGİN LTD” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmış və müvafiq məlumatların təqdim edilməsi “ENGİN LTD” MMC-dən tələb edilib.
İşə baxılarkən müəssisə tərəfindən antiinhisar orqanına düzgün olmayan məlumatların təqdim edildiyi müəyyən edilib. İstehlakçıların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklamdan istifadə etməklə haqsız rəqabətə yol verdiyinə, habelə antiinhisar orqanına düzgün olmayan məlumatlar təqdim etdiyinə görə “ENGİN LTD” MMC-yə 1784 484 manat maliyyə sanksiyası tətbiq edilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Biz 1994-cü ildən Azərbaycanı xarici investisiyalar üçün açaraq milyardlarla dollarlıq sərmayə cəlb edə bildik”
20.02.2019
Azərbaycan enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradır
20.02.2019
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir
20.02.2019
“Yaşıl dəhliz“ sistemindən uğurlu nəticələr əldə edilir
20.02.2019
Rayonlarda ətirli tütün əkiləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info