“Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın  35-ci olması mühüm iqtisadi islahatlarla bağlıdır”
Tarix: 28.09.2017 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın reytinqinin daha iki pillə yüksələrək 35-ə çatması hər şeydən öncə ölkəmizdə həyata keçirilən mühüm iqtisadi islahatlarla əlaqədardır. Bu göstərici ilə Azərbaycan MDB məkanında birinci olmaqla, hətta İtaliya, Rusiya, Türkiyə, Hindistan, İndoneziya kimi bir sıra G20 ölkələrini arxada qoyaraq öz yerini iqtisadi rəqabətlilik baxımından çox ciddi şəkildə möhkəmləndirib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Hikmət Babaoğlu deyib: “Əgər biz müəyyənləşdirilmiş meyarlara diqqət yetirsək, görəcəyik ki, belə hesabatlar zamanı 12 indikator üzrə qiymətləndirmələr aparılır və bu indikatorların, əslində, necəliyi də reytinqi müəyyənləşdirir. Azərbaycan “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda 12 indikator testindən 9-u üzrə çox yüksək nəticələr göstərib. Azərbaycanı 35-ci pilləyə daşıyan da elə bu göstəricilərdir. Biz hər bir göstəricini təhlil etməyə çalışsaq, görəcəyik ki, 2014-2015-ci illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və struktur islahatları bu uğuru əldə etməyimizə səbəb olub”.
Milli Məclisin deputatı qeyd edib ki, bunlardan biri institutlar indikatorudur. Biz bilirik ki, Azərbaycanda 2014-2015-ci illərdə baş verən iqtisadi proseslərdən sonra ciddi institusional və struktur islahatları aparıldı. Görünür, bu islahatların aparılması və onun effektiv nəticələri Dünya İqtisadi Forumunun diqqətindən yayınmayıb. Qısa müddətdə bəlli olub ki, aparılan islahatlar strateji xarakterli və effektiv islahatlardır. İkinci indikator - infrastruktur üzrə Azərbaycan 4 pillə irəliləyib. Doğrudan da Azərbaycanda yeni infrastrukturun yaradılması ilə bağlı çox böyük işlər görülüb. İnfrastruktur isə ölkənin iqtisadi inkişafını şərtləndirən əsas baza komponent hesab olunur. Çünki magistral yollar, kommunikasiyalar, enerji və rabitə təchizatı olmasa sahibkarlığın və iqtisadi göstəricilərin inkişafından da danışmaq olmaz. İkinci indikator üzrə irəliləyişimizdə ölkəmizdə həyata keçirilən infrastruktur islahatları böyük rol oynayıb. Yolların çəkilməsi, su və qaz təchizatı kimi mühüm məsələlər məhz növbəti indikator üzrə irəliləyişimizi təmin edib.
Üçüncü indikator isə səhiyyə, tibb, təhsil üzrə olan indikatordur ki, burada da yenə Azərbaycanda tibb, səhiyyə və təhsil sahələrində aparılan islahatlar diqqəti cəlb edib. Biz bu indikator üzrə təqribən 6 pillə irəliləmişik. Çünki Azərbaycanda icbari sığortanın tətbiqi ilə bağlı artıq Mingəçevir və Yevlax şəhərlərində pilot layihələr həyata keçirilir. Bütövlükdə, Azərbaycanda çoxsaylı tibbi diaqnostika mərkəzləri, xəstəxanalar tikilib. Bunların ümumi sayı ötən 15 il ərzində 600-dən çox olub. Bu isə Azərbaycanda səhiyyə xidmətində yeni keyfiyyət dəyişikliyi yaradıb. Ona görə də haqlı olaraq bu məsələ də yüksək qiymətləndirilib.
Əmtəə, əmək və maliyyə bazarının səmərəliliyi üzrə irəliləyiş əldə etməyimizin səbəbi isə ondan ibarətdir ki, bu üç komponent bir-birini tamamlayır. Əgər əmtəə istehsal olunursa, onun bazarı formalaşır, əmək bazarına peşəkar kadrların təqdim olunmasında və əmək-istehsal münasibətlərində yeni keyfiyyət yaranır. Bu münasibətlərin cəmi isə maliyyə münasibətləri yaradır. Bilirik ki, uzun müddət Azərbaycanda daxili istehsalın artırılması və regionlarda rəqabətqabiliyyətli, ixracyönümlü istehsalın formalaşdırılması prosesi həyata keçirilirdi ki, müvafiq indikatorlar üzrə uğurların əldə edilməsi də bununla əlaqədardır.
Biznes, innovasiyalar və digər komponentlər üzrə Azərbaycanın irəliləməsi isə ondan xəbər verir ki, sahibkarlığın inkişafı ilə bağlı milli fondun yaradılması, biznes mühitinin yaxşılaşdırılması, ölkəyə sərmayə gətirən və istehsal vasitəsi hesab olunan malların gömrük rüsumundan azad edilməsi kimi amillər burada da öz rolunu oynayıb. Nəticədə Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən bu tədbirlər ölkəmizin iqtisadiyyatını, rəqabətqabiliyyətliliyini artırmaqla onu cəlbedici edib. Buna görə də Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın 35-ci yerdə qərarlaşması ölkəmizdə həyata keçirilən islahatlar və onun qısa müddətdə verdiyi effektiv nəticələrlə əlaqədar olub və bütün bunlar təkcə qiymətləndirmə ilə məhdudlaşmır.
Hikmət Babaoğlu vurğulayıb ki, həyata keçirilən bu islahatlar növbəti mərhələdə də Azərbaycanın daha sürətlə inkişaf etməsi, ölkəmizdə rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşması və iqtisadi inkişafın yeni mərhələsinin təmin olunması baxımından əhəmiyyətlidir.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yanvar-avqust aylarında sərnişin daşınmasında 1,3 faiz artım olub
24.09.2018
Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi artıb
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info