“Qadın uşaq tərbiyə edir, onun bilik səviyyəsinin yüksəldilməsi cəmiyyətimiz üçün mühümdür”
Tarix: 28.09.2017 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


"Qurani-Kərim"i diqqətlə oxuyanları dini təsir altına salmaq mümkün olmur. Əfsuslar olsun ki, bu gün bəzi qadınlar "məscid" dedikdə dəfni, "qara paltar" dedikdə din başa düşürlər. Bəzi qadınların dini bilik səviyyəsi çox aşağıdır. Qadın uşaq tərbiyə edir, onun bilik səviyyəsinin yüksəldilməsi cəmiyyətimiz üçün mühümdür.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı "Qeyri-hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, qadınların dini bilik səviyyəsinin yüksəldilməsi üçün qadınların problemləri üzrə məşğul olan qeyri-hökumət təşkilatları DQİDK-ya müraciət edə bilər və bununla da onların fəaliyyəti koordinasiya edilə bilər.
M.Qurbanlı bu məqsədlə layihələrin həyata keçirilməsini də vacib sayıb.
Komitə sədri onu da deyib ki, bundan sonra mollalara imamlar deyə müraciət edilməlidir: "Bundan sonra molla deyilməyəcək. Mollaların hamısı imam adlandırılacaq".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info