Vaaqn Xaçatryan: “Ermənistanı defolt gözləyir”
Tarix: 28.09.2017 | Saat: 20:47:00 | E-mail | Çapa göndər


“Jamanak”:
“Hökumət dövlət orqanlarında kütləvi ixtisarla bağlı plan hazırlayıb”


İşğalçı Ermənistanın iqtisadi vəziyyətinin ağır olması ilə bağlı məlumatlar yeni deyil. İşğal nəticəsində özünü təcrid vəziyyətinə salan Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyincə daha pis vəziyyətə düşəcək.
Regionun əsas dövləti olan Azərbaycanın müəllifliyi ilə irimiqyaslı layihələr həyata keçirilir. ABŞ, Avropa İttifaqının dəstək verdiyi layihələr ölkəmizin siyasi-iqtisadi gücünü daha da artıracaq. Ermənistan isə torpaqlarımızın işğalını davam etdirməklə bu layihələrdən kənarda qalıb. Rəsmi Bakı dəfələrlə bildirib ki, işğal davam etdikcə Ermənistanın regional layihələrə qoşulmasına imkan verməyəcək. Bu isə Ermənistanın iqtisadi vəziyyətini daha da ağırlaşdırır. Düşmən ölkə mediasında, demək olar ki, hər gün ölkənin ağır iqtisadi vəziyyəti ilə bağlı xəbərlərə rast gəlmək mümkündür. Belə xəbərlərdən birini “Aysor” internet resursu “Jamanak” nəşrinə istinadən yayıb. Media orqanı iqtisadçı ekspert Vaaqn Xaçatryana istinadən Ermənistanı defolt gözlədiyini qeyd edib. Xaçatryan bildirib ki, İrəvanın avrobondların restrukturizasiyası ilə bağlı danışıqlara başlaması haqqında məlumata malikdir: “Bu şəraitdə şərtlər daha ağır olacaq. Hazırda onların faizi 7,5-dir. Amma danışıqlardan sonra avrobondların faizi artacaq. Bu isə o deməkdir ki, faizlərin artması nəticəsində bizim dövlətin qaytarmalı olduğu borc daha da yüksələcək. Bu isə defoltun “ən yaxşı” əlamətlərindən biridir”.

Əsas ərzaq məhsullarının qiyməti artır. Nazir müavini etiraf edir: “Fermerlərə dəstək verə bilmirik”

Ermənilərin vəziyyətini daha da ağırlaşdıran məsələ əsas ərzaq məhsullarının qiymətinin artmasıdır. “Past” nəşri yazır ki, Ermənistan bazarında pendirin qiyməti yüksəlir. “Lori” pendirlərinin 1 kq-li 1900-2000 lariyə satılır. Qiymətlərdə 100 lari artım qeydə alınıb. İstehsalçılar bunu südü baha qiymətə almaları ilə əlaqələndirir. Kənd təsərrüfatı məhsullarını, qiymətləri sürətlə bahalaşır ki, bu da yoxsuluq həddində yaşayan əhalinin vəziyyətini daha da pisləşdirəcək. Ermənistan kənd təsərrüfatı nazirinin müavini Aşot Arutyunyan “Nyus.am”a açıqlamasında deyib ki, ətin qiymətində artım gözlənilir. Nazir müavini bazarlarda ətin qiymətinin qalxmasını gizlədə bilməyib. O qeyd edib ki, ətin qiymətinin bahalaşması heyvanlar üçün yemin bahalaşması ilə bağlıdır. Vəziyyətin yaranmasında təbiəti günahlandıran nazir müavini bildirib ki, fermerlər lazımi miqdarda yem ehtiyatı toplaya bilmirlər. Ona görə də əlavə yem almaq üçün ətin qiymətini artırırlar. Nazir müavini vətəndaşlara ümidverici vəd də verib. O bildirib ki, hansısa vaxtda ətin qiyməti aşağı düşəcək - fermerlərin heyvanlara verməyə yemi tam qurtarandan sonra məcbur qalıb kütləvi şəkildə onları kəsəcəklər və onda da bazarda qiymətlər aşağı düşəcək: “İndiki halda fermerlərə dəstək verə bilmirik. Bunun üçün ölkə xaricində ucuz qiymətə yem tapmalıyıq. Amma tapdığımız yemi bura çatdırmaq xərci onun qiymətini onsuz da bahalaşdıracaq”. Nazir müavini balığın qiymətinin də bahalaşdığını təsdiqləyib. Ermənistan Statistika Xidmətinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə qoyun əti konservi 15 faiz, digər konservlər 6 faiz, balıq isə 25 faiz bahalaşıb. “Qraparak” nəşri yazır ki, Dövlət Gəlirlər Komitəsi cari ilin aprel ayından indiyə qədər vergi planını heç cür doldura bilmir. Bunun səbəbi ölkədə olan müəssisələrin, kiçik və orta sahibkarlıq obyektlərinin kütləvi şəkildə bağlanmasıdır. Nəşr yazır ki, vəziyyətdən çıxmağa çalışan hökumət “günah keçisi” kimi xidmət sədrinin birinci müavini Kret Brutyanı istefaya göndərməyə hazırlaşır. “Jamanak” öz mənbələrinə istinadən yazır ki, hökumət dövlət orqanlarında kütləvi ixtisarla bağlı plan hazırlayır. Dövlət orqanlarında çalışanların kütləvi şəkildə ixtisarı gözlənilir. Dövlət maliyyə çətinliyinə görə bu addımı atmağa məcburdur. Nəşr hesab edir ki, bu addım ölkədə siyasi vəziyyəti kəskinləşdirə bilər.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info