ADNSU-nun Əsaslı kitabxanası kitab sərgisində iştirak edir
Tarix: 28.09.2017 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


Sentyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Əsaslı kitabxanası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bakı İdman Sarayında təşkil etdiyi V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edib. Bu haqda universitetdən redaksiyamıza melumat verilib.
100-dək yerli və 40-dan artıq xarici nəşriyyat, universitet, kitab evi və digər təşkilatların qeydiyyatdan keçdiyi sərginin açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, millət vəkilləri, müxtəlif ölkələrin nəşriyyat nümayəndələri, yazarlar və digər tanınmış şəxslər iştirak edib. Mərasimdə çıxış edən nazir Ə.Qarayev sərgi və tarixi nəşrlər haqqında qonaqlara məlumatlar verib və kitabın əhəmiyyətindən danışıb.
Sərgidə ADNSU-nun Əsaslı Kitabxanasının 150 kitabı nümayiş etdirilib. Kitablar arasında Heydər Əliyev irsi, qədim əlyazmalar, miniatür kitablar, neft və sənayenin digər sahələrini əhatə edən kitablar, o cümlədən ADNSU-nun “Oil and İndustry” jurnalı nümayiş olunub. Bundan əlavə, ADNSU Mədəniyyət və Turizm Nazirliyi və Dünya İqtisadiyyat Forumunun “Global Shapers” icmasının dəstəyi ilə təşkil olunan “Sən də oxu” adlı kitab xeyriyyə aksiyasına qoşularaq fonda 40 adda kitab və jurnal hədiyyə edib.
Qeyd edək ki, “Sən də oxu” xeyriyyə aksiyasının məqsədi toplanan kitabları və digər materialları Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış yeni kitabxanaya, paytaxt və regionlarda yaşayan, mütaliəni sevən aztəminatlı ailələrə hədiyyə etməkdir.
Xatırladaq ki, sərgidə həm yerli, həm də xarici çap, poliqrafiya müəssisələri, nəşriyyatlar, kitabxanalar, çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edib.
3 gün davam edəcək sərgi-yarmarka çərçivəsində yerli və xarici nəşrlərin nümayişi və satışı ilə yanaşı, bir sıra tədbirlər, kitab təqdimatları və müəlliflərlə görüşlər keçirilib, oxucular həm yerli, həm də xarici ölkələrin nəşrləri ilə yaxından tanış olmaq şansı qazanıb.


Mahmud


.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info