Neft-qaz sahəsinin mütəxəssisləri  Xəzər Texniki Konfransında bir araya toplaşacaqlar
Tarix: 28.09.2017 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


Xəzər regionunun neft-qaz sənayesini təmsil edən yüksək səviyyəli rəhbərlər və texniki ekspertlər bu ilin payızında keçiriləcək regional texniki konfransda iştirak edəcəklərini təsdiqləyiblər.
Konfransın media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, Neft-Qaz Sənayesi Mühəndisləri Cəmiyyətinin (SPE) Dördüncü Xəzər Texniki Konfransı noyabrın 1-dən 3-dək Bakıda keçiriləcək.
SOCAR şirkətinin dəstəyi ilə təşkil edilən tədbirdə neft-qaz sahəsinin Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan, Avropa, Asiya və ABŞ-dan olan peşəkarları, o cümlədən beynəlxalq və milli neft-qaz şirkətlərinin, hökumət orqanlarının, servis şirkətlərinin, ali məktəblərin, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
Builki konfrans “Mənfəət axtarışında” mövzusuna həsr edilib. 3 panel sessiyasının iştirakçıları Azərbaycanda və bütövlükdə Xəzər regionunda kəşfiyyat və hasilat sahəsinin aktual problemlərini və onların həlli yollarını müzakirə edəcəklər.
Panel sessiyalarında işıqlandırılacaq mövzular: 1) modernləşmə - yeni texnologiyaların tətbiqi və istifadəsinin sürətləndirilməsi; 2) lokallaşma - ali təhsilin inkişafı, regionda neft və qaz təchizatı sistemi; 3) müvafiq tərəflər arasında əməkdaşlıq - innovasiya həllərini tətbiq etməklə aktivlərin dəyərini maksimum həddə çatdırmaq yolları.
Konfransda SOCAR; SOCAR AQS; BP; TOTAL; ExxonMobil, DeGolyer and MacNaughton; Gazprom Neft NTC; PJSC Novatek; Dragon Oil; NC JSC KazMunaiGaz; TengizChevroil; Schlumberger; Halliburton; Baker Hughes şirkətlərinin, habelə Qazaxıstan Energetika Nazirliyinin nümayəndələri və başqa ekspertlər çıxış edəcəklər.
Konfransın texniki proqramı 12 texniki sessiyadan ibarət olacaq. Araşdırmalara əsaslanan bütün təqdimatların ümumi mövzusu məsrəflərin azaldılmasına cavab olaraq Xəzər regionunda müasir texnologiya və texnikanın necə tətbiq edilməsi barədədir.
Konfrans iştirakçıları müxtəlif tədbirlərdə iştirak etmək, sahə üzrə həmkarları ilə təcrübə mübadiləsi aparmaq, yeni peşəkar münasibətlər qurmaq və mövcud əlaqələri möhkəmlətmək imkanına malik olacaqlar.
2018-ci ildə SPE-nin prezidenti vəzifəsində fəaliyyətə başlayacaq Darsi Spedi deyib: “Neft-Qaz Sənayesi Mühəndisləri Cəmiyyəti tərəfindən keçirilən nüfuzlu Xəzər Texniki Konfransı və sərgi Xəzərin neft-qaz sahəsi üçün böyük əhəmiyyət kəsb edir. Bakıda keçiriləcək IV illik tədbir yerli və beynəlxalq neft-qaz sahəsi peşəkarlarının bir yerdə toplaşmasına, problemlər barədə fikir mübadiləsi aparmağa, texniki bilikləri təkmilləşdirməyə, biznes əlaqələri qurmağa, yeni texnologiyalara dair bilikləri təkmilləşdirməyə, bu sahənin inkişafına kömək etməyə imkan verən nadir bir fürsətdir. Mən bu tədbirdə iştirak etməyi planlaşdırıram və sizin hamınızı orada görəcəyimə ümid edirəm”.
Dünyanın 135 ölkəsində 124 mindən çox üzvü olan SPE cəmiyyətinin vəzifəsi neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və istehsalı ilə bağlı texniki biliklərin, habelə bu resurslarla bağlı texnologiyaların toplanması, ictimai mənafe üçün yayılması və mübadiləsi, peşəkarların öz texniki vərdişlərini və peşə səriştələrini artırması üçün imkan yaratmaqdır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info