Mingəçevir Sənaye Parkında 2 müəssisə istifadəyə veriləcək
Tarix: 28.09.2017 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


Mingəçevir Sənaye Parkının yaradılması müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkilinə, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına hesablanıb. Bir müddət öncə sənaye parkında tikintisinə başlanılan “İplik-1” və “İplik-2” müəssisələrində Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları quraşdırılacaq, ilkin mərhələdə ildə 20 min ton iplik istehsal ediləcək. Bu müəssisələrdə 550 nəfərin işlə təmin olunacağı planlaşdırılır. Ümumiyyətlə isə parkda birinci mərhələdə 2 min, sonra 5500-dən çox yeni iş yerinin açılması nəzərdə tutulub.
Hədəf yalnız yeni iş yerlərinin açılması deyil, həm də yüngül sənaye sahəsində idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması, milli tekstil brendlərin yaradılmasıdır. Mingəçevir şəhəri isə bu sahədə zəngin ənənəyə və kadr potensialına malikdir.
Tikinti üzrə layihə rəhbəri İsrail Asaliyev AZƏRTAC-a bildirib ki, şəhərdə işsizliyin aradan qaldırılmasında, əhalinin məşğulluğunun təminatında sənaye parkının çox böyük rolu olacaq. Eyni zamanda, bu park Mingəçevir Dövlət Universitetinin tələbələrinin təcrübə keçməsi üçün baza rolunu oynayacaq.
May ayında Mingəçevir Sənaye Parkına daxil olan 9 müəssisədən ikisinin tikintisinə başlanılıb. Son dörd ayda müasir texnologiya əsasında aparılan inşaat işləri hazırda sürətlə davam etdirilir. Əsas istehsal sahələri ilə yanaşı, köməkçi qurğu və avadanlıqların quraşdırılması və inşası da diqqət mərkəzində saxlanılır. “İplik-1” və “İplik-2” fabriklərinin istehsal sahələrində pambıq mahlıc şəklində qəbul olunub ipə çevriləcək. Həmçinin corab və kosmetika müəssisələri də tikiləcək.
Layihə rəhbəri qeyd edib ki, “İplik-1” və “İplik-2” fabriklərinin hər birinin illik istehsal gücü 10 min ton olacaq. Birinci iplik fabrikinin bir hissəsində artıq tikinti işləri yekunlaşıb və havalandırma, elektrik, təhlükəsizlik sistemləri, digər kommunikasiyalar qurulur. İkinci iplik fabrikində isə metal-konstruksiya işləri davam edir. Hər iki fabrikin bu ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən yaradılan Mingəçevir Sənaye Parkında inşaat işlərinə 60 milyon manatdan artıq, avadanlıq və dəzgahların alınmasına 150 milyon dollardan çox investisiya qoyuluşu nəzərdə tutulub.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Fransada keçirilən Forumda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb
15.11.2018
Əli Əhmədov: “Bundan sonra da kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar olacaq“
15.11.2018
“Bakutel-2018” sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq
15.11.2018
“Üfüqdə yeni fürsətlər: qadın sahibkarlar üçün yaşıl işıq”
15.11.2018
Prezident Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info