«Bu gün dünyada açıq və etibarlı dialoqa ehtiyac var»
Tarix: 29.09.2017 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


«Ukraynanın şərqində hələ də sülhün bərqərar olmamasının başlıca səbəbi Avropada yaşanan ağır böhranla bağlıdır» . Belarus prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, bu fikirləri prezident Aleksandr Lukaşenko Avropanın Yepiskop Konfransı Şurasının plenar iclas iştirakçıları ilə görüşü zamanı bildirib: «Bu gün öz evimizdə qayda-qanun yarada bilməməmiz bizim üçün dəhşətli bədbəxtlikdir. Bu, eyni zamanda, Avropada davam etməkdə olan ağır böhrandan xəbər verir». Qeyd edək ki, Belarus prezidenti bu fikirləri qonşu Ukrayna barədə danışarkən bildirib. Onun sözlərinə görə, bu gün Ukraynada yaşananların, ölkədəki davamlı münaqişənin qarşısını ala bilməməmiz də bizim böyük uğursuzluğumuzdur.
«Biz, gələcəyin gənc nəsillərinə ölkənin işıqlı gələcəyi ilə bağlı ümidlər verə bilmirik, əksinə, Ukraynanı də timsalında göründüyü kimi, orta və yaşlı nəslin bütün həyatını bu ümiddən məhrum edirik»-deyə, Lukaşenko bildirib.
Belarus prezidenti, Donbasda münaqişənin ilk illərində Minskin avropalı siyasətçilərə vəziyyətdən necə çıxmağın yollarını da təklif etdiyini xatırladıb: "Avropalı siyasətçilər təkliflərimizlə razılaşsalar da, amma təəssüf ki, sonralar buna əməl etmədilər. Bu gün, artıq minlərlə insan həyatndan məhrum edildiyi, münaqişənin beynəlxalq səviyyəyə qalxdığı bir məqamda onlar bizim haqlı olduğumuzu etiraf etmək məcburiyyətində qaldılar»-deyə, prezident əlavə edib.
Xatırladaq ki, 2014-cü ildə « Euronews» telekanalına müsahibə verən Lukaşenkonun Belarus əsgərlərinin sülhməramlılar kimi Ukraynaya göndərilməsi təklifi Qərb tərəfindən rədd edilmişdi.
Bununla belə, Belarus prezidenti Minskin bundan sonra da Ukraynanın şərqində yaşanan vəziyyətin sülh yolu ilə həll edilməsinə yardım edəcəyini bildirib. O, ölkəsinin bu münaqişəyə passiv müşahidəçi qalmaq niyyətində olmadığını bildirib: «Biz əlimizdən gələn bütün səyləri əsirgəməməyə çalışacağıq. Hazırda, məncə, heç bir alternativi olmayan və Ukraynada sülhün sürətlə bərpasına kömək edəcək Minsk sazişinin həyata keçirilməsinə yardım edəcəyik» deyən Belorus lideri, dünyadakı münaqişələrin həlli üçün dini etirafların əhəmiyyətli bir rol oynaya biləcəyinin də lazım olduğunu bildirib. Minskdə keçirilən görüşə toxunan Lukaşenko sülh və harmoniya siyasətinin tanınmasını dövlətin məqsədi kimi, ölkədə və beynəlxalq arenada məqsədyönlü şəkildə aparıldığını bildirib. Bu gün dünyada açıq və etibarlı dialoqa kəskin bir ehtiyac olduğunu xatırladan Belarus lideri, hazırda bütün dünyaya təsir edən və təsir edə biləcək çətinlik və problemlərin həllinə dair yanaşmalar olmadığını bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info