Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Tarix: 29.09.2017 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Ankarada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Anadolu Agentliyinin xəbəriə görə, qapalı şəkildə keçirilən toplantı iki saat yarım davam edib. İclasda baş nazir nazir Binəli Yıldırım, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, xarici işlər naziri Mövlüd Çavuşoğlu və digər dövlət rəsmiləri iştirak edib. Bölgədəki son hadisələrin müzakirə edildiyi iclasda İraq və Suriyadakı vəziyyət barədə fikir mübadiləsi aparılıb. İclasda həmçinin terrorla mübarizəyə də yer ayrılıb. Ərdoğan dünən Polis Akademiyasının buraxılış mərasimində çıxış edib. O, deyib ki, İraqın şimalındakı son məsələlər bizi məyus etsə də, öhdəsindən gələ bilməyəcəyimiz bir şey deyil” . Türkiyə prezidenti bildirib ki, Şimali İraq bölgəsinin rəhbərliyi lazımsız müstəqillik təşəbbüsü ilə özünü oda atıb: “Dövlət idarə etmək üçün tayfa başçısı olmaq kifayət deyil. Kim sənin müstəqilliyini qəbul edəcək? Otur, oturduğun yerdə! Paran-pulun var, neftin var, dinc dayan! Hər halda ona ciddi təşviqlər olub və o, bu addımı atıb. Məsud Bərzani özünü oda atıb. Bizimlə 350 km sərhədin var. Bizimlə və ya İranla bu barədə müzakirə apardınmı? Biz sonuna qədər xəbərdarlıq vəzifəmizi yerinə yetirəcəyik. Suriya məsələsinin ölkəmizə təsir etməsinə imkan vermədiyimiz kimi, İraqda təşəbbüs edilən bu fitnəni də dayandıracağıq”.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info