Vergilər Nazirliyi “Gilan Holding“in əməkdaşları üçün təlim keçirib
Tarix: 29.09.2017 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


"Gilan Holding" və Vergilər Nazirliyi tərəfindən "Gilan Holding"in əməkdaşları üçün "Vergi İslahatları: Təcrübə və qanunvericilik" adlı təlim təşkil edilib.
 
Təlimin keçirilməsində əsas məqsəd "Gilan Holding"də və qrupa daxil olan şirkətlərdə fəaliyyət göstərən mühasiblər və maliyyə işçiləri, həmçinin auditor və məsləhətçilər üçün vergi qanunvericiliyində qəbul olunmuş və gözlənilən dəyişikliklər haqqında daha ətraflı məlumat vermək və aydın olmayan məqamlar haqqında danışmaq idi. İşçilər tərəfindən verilmiş sualları Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov cavablandırıb.
 
"Gilan Holding"in Baş administrasiya direktoru Fuad Kərimov bildirib ki, təlim zamanı olduqca aktual mövzular müzakirə olunub: "Təlimlərdə əsasən vergilərlə bağlı məsələlər müzakirə edilib. Əlavə dəyər vergisi, idxal, ixrac və satışla bağlı məsələlər və digər mövzular haqqında söhbət açdıq".
 
O, bildirib ki, təlimin əsas auditoriyasını holdinqin mühasibləri təşkil ediblər.
 
F.Kərimov vurğulayıb ki, bu cür təlimlərin təşkil edilməsi "Gilan Holding"in əməkdaşlarına vergi orqanları ilə birbaşa dialoq qurmaq və vergilərlə bağlı suallara cavab almaq imkanını yaradır: "Belə seminar və görüşləri davam etdirmək istərdik. Düşünürəm ki, bu ilin sonunda və ya gələn ilin əvvəlində növbəti belə bir təlim və ya seminar təşkil edəcəyik. Növbəti tədbir yeni yaranacaq suallara da cavablar əldə etməyə kömək edəcək".
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Yeni Bakı Limanı MDB-də “yaşıl liman” statusuna malik ilk liman olacaq
16.01.2019
VTB (Azərbaycan) “MİDA” mənzillərini əldə etmək üçün güzəştli ipoteka krediti təklif edir
16.01.2019
Aİ və Dünya Bankı “Şərq Tərəfdaşlığı“ ölkələrinin infrastrukturunu inkişaf etdirəcəklər
15.01.2019
Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
15.01.2019
Struktur islahatları idarəetməni daha çevik edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info