“ABAD” fiziki məhdudiyyətli istedadlı gəncə dəstək olub
Tarix: 29.09.2017 | Saat: 15:59:00 | E-mail | Çapa göndər


Kürdəmir sakini Fərid Mayılov artıq 4 ildir ki, ağac üzərində oyma sənəti ilə məşğuldur. Fiziki məhdudiyyətli olan Fərid bacarığını inkişaf etdirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Peşə Reabilitasiya Mərkəzinə müraciət edib. O, ağac üzərində oyma sənətinin incəlikləri ilə ilk dəfə bu mərkəzdə tanış olub. Oymaçılığın bütün sirlərini öyrənmək qərarına gələn Fərid Mayılov müəllimi Azər Əsədovun sayəsində özünü bu sahədə sınayır və uğurlu nəticələr əldə edir.
O, ağac parçalarından Azərbaycanın milli musiqi alətləri olan tar, kaman, saz kimi kiçik suvenirlər və mədəniyyətimizin digər nümunələrini düzəldir.
Fərid hazırladığı əl işlərinin satışını artırmaq, bu sənətkarlıq sahəsini ölkəmizdə daha geniş tanıtmaq məqsədilə “ABAD” layihəsinə qoşulmağa qərar verib və müsbət cavab alıb. O, artıq “ABAD” ailəsinin bir üzvüdür və əl işləri paytaxtımızın mərkəzində yerləşən “ABAD” sənətkarlıq mərkəzində təqdim olunur.
“Əvvəl tikintidə çalışırdım. 2007-ci ildə 20 yaşımda ikən iş qəzası nəticəsində onurğa sütunumda yaranan problem səbəbindən ayaqlarım tutuldu. Demək olar ki, həyatdan küsmüşdüm, heç nə ilə maraqlanmırdım. Lakin özümdə güc taparaq, oyma sənətini öyrənməyə başladım. Bu işdə “ABAD” da mənə öz dəstəyini əsirgəmədi. Bu, məni yenidən həyata bağladı”, - deyə o bildirib.
Fəridin oymaçılıqla yanaşı, idmana da böyük marağı var. O, paytaxtımızda keçirilən I Avropa Oyunlarında, həmçinin IV İslam Həmrəyliyi Oyunlarında könüllü kimi iştirak edib. Həmçinin ölkəmizdə keçirilən bir çox sərgilərin iştirakçısı olub və əl işləri böyük maraqla qarşılanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
“Azeri Light”ın bir barreli 76,71 dollara satılır
25.04.2019
Pekində Azərbaycanla Çin şirkətləri 821 milyon dollarlıq sənədlər imzalayıb
25.04.2019
Azərbaycan nefti bahalaşır
24.04.2019
Azərbaycanda startapçılara geniş imkanlar təqdim edən “Falcons Summit” sammiti keçirilir
24.04.2019
KOBİA-da Səudiyyə Ərəbistanı Krallığının dövlət və özəl qurumlarının nümayəndələri ilə görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info