Kollec tələbələrinə “Diaspor dərs”ləri keçiriləcək
Tarix: 29.09.2017 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Diaspor Jurnalistləri Birliyi könüllü olaraq təhsil müəssisələrində “Diaspor dərs”ləri layihəsini davam etdirir. 2017-2018-ci dərs ilində DJB tərəfindən kolleclərdə “Diaspor dərs”ləri keçiriləcək. Layihənin məqsədi tələbə-gənclərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirmək, sərhədlərimizin hüdudlarından kənarda da milyonlarla həmvətənimizin yaşaması haqda məlumat verməkdir. Maarifləndirmə xarakterli “Diaspor dərsi”ndə ulu öndər Heydər Əliyevin “azərbaycançılıq ideologiyası”nın xaricdəki azərbaycanlıların vahid ideya ətrafında birləşməsində rolu, Azərbaycan dövlətinin diasporun inkişafı istiqamətində gördüyü işlər, xaricdəki tələbə-gənclərimizin diaspor fəaliyyətinin perspektivlərindən danışılacaq
Xatırladaq ki, Azərbaycanda ilk dəfə Diaspor Jurnalistləri Birliyi tərəfindən könüllü şəkildə “Diaspor dərs”ləri layihəsi Təhsil Nazirliyinin müvafiq icazəsi ilə 2015-2016-cı dərs ilində orta məktəblərdə həyata keçirilib. Layihə gözlənildiyi kimi, çox effektiv nəticə verib və ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Bununla əlaqədar, digər məktəb, universitet, eləcə də regionlarımızdakı gənclərimizdən də dəvət gəlib. Məhz bunları nəzərə alaraq layihənin II mərhələsinin davamı olaraq “Diaspor dərs”ləri 2016-2017-ci dərs ilində universitet tələbələri üçün də keçirilib. Layihənin effektivliyini nəzərə alaraq DJB tərəfindən könüllü olaraq kolleclərdə də keçirilməsi planlaşdırılıb. “Diaspor dərs”lərinin 5 kollecdə hərəsində bir dəfə olmaqla mühazirə şəkilində keçirilməsi nəzərdə tutulub. İlk dərs Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) keçiriləcək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info