Prezidentin Cinayət Məcəlləsinə təklif etdiyi dəyişikliklərlə bağlı ictimai dinləmə keçirilir
Tarix: 29.09.2017 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə Cinayət Məcəlləsinə təklif olunan son dəyişikliklərlə bağlı ictimai dinləmələr keçirilir. Çıxış edən komitə sədri Əli Hüseynli Prezident tərəfindən təqdim olunan dəyişikliklərin ciddi əhəmiyyət daşıdığını və ictimai müzakirənin vacibliyini bildirib.
Prezident Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev deyib ki, ümumilikdə 300-ə yaxın dəyişiklik nəzərdə tutulub və 34 cinayət üzrə cəza müddəti aşağı salınacaq: “Dəyişikliklərdə bəzi cinayətlərin dekriminallaşdırılması o demək deyil ki, həmin şəxslər tam cəzasız qalacaq. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində müvafiq maddələr var”.
Milli Məclisin aparat rəhbəri Səfa Mirzəyev qeyd edib ki, qanun layihəsində yeni alternativ cəza növlərinin Cinayət Məcəlləsinə gətirilməsi nəzərdə tutulur: “Hər bir qanunvericiliyin təkmilləşdirilməsi lazımdır. Bu baxımdan Prezident İlham  Əliyevin bu il fevralın 10-da verdiyi sərəncam çox böyük əhəmiyyət kəsb edir. Ötən illər ərzində Cinayət Məcəlləsində xeyli dəyişikliklər aparılıb. Eyni zamanda, prezident dəfələrlə əfv fərmanları verib, MM Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktları qəbul edib. Biz çalışmışıq ki, qanunlarımız bir tərəfdən sərt, icra olunan olsun, o biri tərəfdən isə insanlara qarşı yönəlməsin, ədalətli tətbiq edilsin”.
S. Mirzəyevin sözlərinə görə, keçmiş SSRİ respublikalarında elə bir praktika yoxdur ki, dövlət başçısı azadlıqdan məhrumetmə ilə bağlı öz narahatlığını bildirsin: “Narahatlıq da odur ki, həbs qəti-imkan, azadlıqdan məhrumetmə  tədbirləri çox tətbiq edilir. Prezident bunu qeyri-normal sayır. Biz də hüquq ictimaiyyəti olaraq, bununla razıyıq”.
S. Mirzəyev deyib ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi prezident tərəfindən MM-ə göndərilib. Layihə əsasən 4 istiqamətdən ibarətdir. Bu istiqamətlər bəzi cinayətlərin dekriminallaşdırılması və bunun nəticəsində daha geniş alternativ cəzaların tətbiqindən ibarətdir. Layihədə mövcud alternativ cəza növlərinin daha geniş tətbiqi, yeni alternativ cəza növlərinin Cinayət Məcəlləsinə gətirilməsi nəzərdə tutulur. Layihədə eyni zamanda qeyd edilir ki, cinayət iqtisadi, maliyyə, təsərrüfat fəaliyyəti ilə bağlıdırsa, cinayətin ictimai təhlükəsi onun vurulmuş ziyanı ilə müəyyən edilərsə, həmin  hallarda vurulmuş ziyan tam ödənilirsə, onda ya tamamilə cinayət məsuliyyətindən azad olunma, yaxud da yüngül cəza növlərinin tətbiqi lazımdır. “Cəza tətbiq olunarkən cəzadan vaxtından əvvəl şərti azad olunmanın genişləndirilməsi, azadlıqdan məhrumetmə cəzasının alternativ cəzalarla əvəz edilməsi vacib məqamlardandır. Bütün bunlar onu göstərir ki, ölkə başçısı sadə insanlara, bu ölkədə fəaliyyət göstərən, onun iqtisadiyyatının inkişafı üçün zəhmət çəkən insanlara çox böyük diqqətlə yanaşır”, - deyə S. Mirzəyev vurğulayıb. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info