“Enerji müəssisələrinə “Qışa hazırlıq pasportu” veriləcək”
Tarix: 29.09.2017 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Yəhya Babanlı: “Azərenerji” ASC-də Strateji Yol Xəritəsinin Tədbirlər Planının icra mexanizmi hazırlanıb”


Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi 2016-cı ildə Prezident tərəfindən təsdiqlənib. Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq bir sıra qurumlar tərəfindən işlər icra olunmalıdır. “Azərenerji” ASC-də də Strateji Yol Xəritəsinin Tədbirlər Planı çərçivəsində işlər görülüb. Səhmdar Cəmiyyətin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinə rəisi Yəhya Babanlı görülən işlərlə bağlı qəzetimizə məlumat verib.

-“Azərenerji” ASC-də də Strateji Yol Xəritəsinin Tədbirlər Planı çərçivəsində hansı işlər görülüb?
-Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi“nin 3-cü Strateji hədəfi, yəni Dünya üzrə orta səmərəlilik və keyfiyyət standartlarının tətbiqi və məqsədlərə nail olmaq üçün mexanizmlərin işə salınmasına dair vəzifələr “Azərenerji” ASC tərəfindən müəyyənləşdirilib, Elektrik stansiyalarının səmərəliliyinin artırılması və mövcud potensialdan effektiv istifadə edilməsi məsələlərinə diqqət yetirilib.
Səhmdar Cəmiyyətdə Strateji Yol Xəritəsinin Tədbirlər Planının “Elektrik enerjisinin itkilərinin azaldılması, elektrik enerjisinin verilməsinin və paylanmasının keyfiyyətinin yüksəldilməsi” bəndinin “Modernləşmə işləri üçün baş planın hazırlanması” yarımbəndi üzrə İcra Planı hazırlanıb.

-Dediyiniz İcra Planının tətbiqindən nə kimi effektiv nəticə gözlənilir?
-İcra Planında tədbirlərin adı, gözlənilən nəticə, icra vəziyyəti və icra müddəti yer alıb. Bir sözlə, Səhmdar Cəmiyyətdə Strateji Yol Xəritəsinin Tədbirlər Planı çərçivəsində tərtib edilən İcra Planı bu istiqamətdə keyfiyyətcə yeni mərhələnin başlanılması, bu sahədə innovativ texnologiyaların tətbiqi, enerji sisteminin səmərəliliyinin yüksəldilməsi, elektrik enerjisi istehsalı, ötürülməsi və idarə olunması üzrə maddi-texniki bazanın müasirləşdirilməsi işləri üçün baş layihədir.
Bir məsələni də nəzərinizə çatdırım ki, bu yaxınlarda “Azərenerji”nin rəsmi saytı yenilənib. Daha da təkmilləşdirilən Sayt müasir tərtibatı ilə yanaşı, informasiya baxımından olduqca zəngindir. Eləcə də rəsmi “gov.az” domeninə keçən Sayt daha təhlükəsiz və etibarlıdır. Ələlxüsus, Strateji Yol Xəritəsi ilə bağlı ayrı pəncərə açılıbdır. Bu xüsusda görülən işlər ictimaiyyətə, KİV-lərə operativ şəkildə çatırılacaq.

-“Azərenerji” payız-qış mövsümünə necə hazırlaşıb?
-Artıq bir müddətdir ki, enerji müəssisələrinin payız-qış mövsümünə hazırlıq işlərinə başlanılıb. Bu məsələ noyabr ayında “Azərenerji” ASC-nin xüsusi komissiyası tərəfindən qiymətləndiriləcək və komissiyanın qərarı əsasında enerji müəssisələrinə “Qışa hazırlıq pasportu” veriləcək.
"Enerji sistemində keyfiyyətcə yeni mərhələnin başlanılması, bu sahədə innovativ texnologiyaların tətbiqi, sistemin səmərəliliyinin yüksəldilməsi, elektrik enerjisi istehsalı, ötürülməsi və idarə olunması üzrə maddi-texniki bazanın müasirləşdirilməsi işləri deməyə əsas verir ki, əvvəlki dövrlərlə müqayisədə istənilən hava şəraitinə qarşı dayanıqlılıq möhkəmləndirilib və təhlükəsizlik gücləndirilib. Bütün bunlara baxmayaraq, hər hansısa bir sahədə təbii və texnogen qəzaların baş verməsindən birmənalı şəkildə sığortalanmaq çətindir. Havaların dəyişməsini normal qəbul etmək lazımdır. Əsas odur ki, hər bir fəsilə uyğun tədbirlər qabaqcadan görülsün. "Azərenerji" sistemi üzrə lazımi mövsümi hazırlıq işlərini həyata keçirmişik və operativlik səviyyəsini artırmışıq. İstər canlı, istərsə də texniki qüvvə ehtiyatımız kifayət qədərdir.
Əminliklə bildirirəm ki, “Azərenerji” tərəfindən elektrik enerjisinin təminatında heç bir problem gözlənilmir”


Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info