Tərtər rayon Mədəniyyət Mərkəzində “Qəhrəman Tərtər” filminin təqdimatı olub
Tarix: 29.09.2017 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Tərtər rayon Mədəniyyət Mərkəzində tərtərlilərin Qarabağ müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqlardan bəhs edən “Qəhrəman Tərtər” filminin təqdimatı olub.
Dünya Müstəqil Televiziya şirkəti tərəfindən lentə alınan filmin təqdimat mərasimində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, hərbçilər, Qarabağ müharibəsi əlilləri, veteranlar, şəhid ailələri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra filmin rejissoru və ssenari müəllifi Elşən Qəniyev ekran əsəri haqqında məlumat verib.
Filmin təqdimatından sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, tərtərlilərin respublikamızın ərazi bütövlüyü uğrunda fədakar mübarizəsindən danışıb. Bildirib ki, tərtərlilər bu gün də düşmənin cəbhədə törətdikləri təxribatlara, yaşayış məntəqələrini atəşə tutmasına baxmayaraq, öz doğma torpaqlarında mətn dayanıblar.
M.Məmmədov gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında filmin əhəmiyyətini yüksək qiymətləndirib, ekran əsərlərinin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib.
Dünya Müstəqil Televiziya şirkətinin prezidenti Ramiz Hüseynov, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, Əməkdar Artist Azad Şükürov çıxış edərək, tərtərli gənclərin vaxtı ilə Tərtər batalyonunda döyüşən həmyerlilərinin qəhrəmanlıq və şücaətinə sadiq olduqlarını, bunu aprel döyüşlərində bir daha sübut etdiklərini vurğulayıblar.
“Qəhrəman Tərtər” filmi cəbhə bölgəsinin sakinləri tərəfindən maraqla qarşılanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
ABŞ-da “Əsrin müqaviləsi“nin 25 illiyinə həsr olunmuş forum keçirilib
21.11.2019
“İkili standartlar onları nümayiş etdirən həmin təşkilatları nüfuzdan salır”
21.11.2019
AzerTelecom “Türkmentel 2019” sərgisində iştirak edəcək
21.11.2019
“Qala Sığorta”nın yığım portfeli kəskin artıb
21.11.2019
Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 25 faizdən çox artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info