Görkəmli türkoloq-alimin kitabının təqdimatı keçirilib
Tarix: 29.09.2017 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


Sentyabrın 29-da Bakıda görkəmli türkoloq-alim Nemət Kelimbetovun ana dilimizə tərcümə edilən “Türk xalqlarının qədim ədəbi abidələri” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tərcümənin təşəbbüskarı Əməkdar İncəsənət Xadimi Çingiz Əlioğlu V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində təqdim edilən kitabın məziyyətlərindən danışıb. Vurğulanıb ki, kitabı rus dilindən Azərbaycan dilinə fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Xudanlı tərcümə edib.
Kitabın Qazaxıstan və bütün türk dünyasının elmi fikri üçün böyük əhəmiyyətə malik olduğunu deyən Ç.Əlioğlu bu elmi monoqrafiyanın tarixi dəyərini xüsusi qeyd edib.
Bildirilib ki, ötən 20 il ərzində qazax tarixini, XV əsr qazax xanlığının formalaşmasını daha dərin tarixi dövrlərlə zənginləşdirmək üçün müxtəlif cəhdlər edilib. Ancaq N.Kelimbetov müxtəlif zamanlarda türk dünyası regionunda yaşayan xalqlara aid ədəbi abidələrin formalaşmasının ümumi qanunauyğunluğunu tapmağa böyük cəhdlər göstərib. Əsl tədqiqatçı-alim kimi Nemət Kelimbetov qazax xalqının mədəni zənginliyinin dərin qatlarını ardıcıl, hərtərəfli araşdırıb.
Diqqətə çatdırılıb ki, kitabda bir tərəfdən türkdilli birlik, digər tərəfdən köçəri ənənələr xətti ilə ümumi inkişaf konsepsiyası təqdim edilir. N.Kelimbetovun bu monoqrafiyası təqdim edilən konsepsiyanın ardıcıl və sistemli müdafiəsi, türkdilli ədəbiyyat abidələrinin dərin qatları ilə tanış olmaq, onların ümumi qanunauyğunluqlarını anlamaq baxımından oxucular üçün maraqlı vəsaitdir.
Tərcüməçi Faiq Xudanlı kitab haqqında fikirlərini bölüşərək onun tərcümə edilmə prosesindən danışıb. Belə elmi monoqrafiyaların tərcümə edilməsinin çətin, eyni zamanda, şərəfli bir iş olduğuna nəzər çəkən F. Xudanlı alimin elmi yaradıcılığının əlçatmazlığından bəhs edib.
Qeyd edilib ki, kitabda müəllifin əsas məqsədi türk xaqanlığı dövründə yazılmış sak və hun qəhrəmanlıq dastanları ilə qazax qəhrəmanlıq dastanları arasında sıx əlaqəni göstərməkdir.
Tədbir kitabın müzakirəsi ilə davam etdirilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
03.12.2020
Ağdamda erkən dəmir dövrünə aid saxsı məişət əşyaları aşkarlanıb
01.12.2020
Laçını ziyarət etmək üçün səbirsizlənirəm...- Sami Yusuf
27.11.2020
“Anamın kitabı” pyesi əsasında çəkilən film tamaşaçıların görüşünə gələcək
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
2 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
3 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr
4 Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq
5 İqor Korotçenko: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu məsələ birdəfəlik və həmişəlik bağlanıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info