“Ən vacib məsələ yeniyetmələrin, gənclərin kitaba, mütaliəyə cəlb olunmasıdır”
Tarix: 29.09.2017 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Kitabxana üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar" mövzusunda beynəlxalq elmi konfrans və TÜRKSOY-la birgə çap olunmuş "Molla Pənah Vaqif dünya dillərində" kitabının təqdimatı keçirilib.
Kitabxananın direktoru, professor Kərim Tahirov V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi ilə birgə keçirilən elmi konfransın əhəmiyyətindən danışıb. Ölkəmizdə kitabxana işinin yüksək səviyyədə qurulduğunu və bu sahənin hər zaman dövlətin diqqət mərkəzində olduğunu söyləyən natiq bunun bariz nümunəsi kimi növbəti beynəlxalq kitab sərgi-yarmarkasını göstərib. Bildirib ki, görülmüş işlər nəticəsində sərgidə iştirak edən nəşriyyatların və xarici poliqrafiya müəssisələrinin sayı artıb. “Hazırda beynəlxalq kitab sərgi-yarmarkasında 17 ölkənin milli kitabxana direktoru və nümayəndələri iştirak edir. Onlar öz stendlərini qurublar və çap məhsullarını təqdim edirlər. Bu gün, sabah hər şey kitaba, mütaliəyə həsr olunacaq. Məqsədimiz kitabı kütləviləşdirmək, oxuculara yaxınlaşdırmaq və əlçatan etməkdir. Həmçinin kitabın təbliğində innovasiyalardan istifadə təcrübəsini ortaya qoymaq və bu təcrübədən hamının yararlanmasını təmin etməkdir. Konfransda 11 ölkədən gələn mütəxəssislər kitab, kitabxana, mütaliə və innovasiya mövzusunda çıxış edəcək, qarşılıqlı təcrübə mübadiləsi aparılacaq və inanıram ki, bu, hamımız üçün faydalı olacaq”, - deyə Milli Kitabxananın direktoru bildirib.
Ölkələr arasında mədəni əlaqələrin qurulmasının önəmini vurğulayan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev konfransın təcrübə mübadiləsi baxımından mühüm rol oynayacağını söyləyib. Qeyd edib ki, kitabxanaların informasiya sahəsində qarşıda duran çağırışlara cavab verməsi üçün ilk növbədə, onların maddi-texniki bazası təkmilləşdirilməlidir. Müstəqilliyimizi əldə etdikdən sonra bu sahədə çox işlərin görüldüyünü söyləyən nazir müavini, müasir kitabxana üsullarının mənimsənilməsi, kitab fondunun genişləndirilməsi, elektron kataloqların yaradılması, ümumiyyətlə, yeniliklərin tətbiq olunmasında beynəlxalq təcrübədən istifadənin əhəmiyyətini vurğulayıb: “Ən vacib məsələ yeniyetmələrin, gənclərin kitaba, mütaliəyə cəlb olunmasıdır. Dəyişən, qloballaşan dünyada çalışmalıyıq ki, yeni innovasiyalarla ayaqlaşa bilək. Bunun üçün yeni üsulların axtarılması qarşıda duran vacib məsələdir. Ölkədə 30 milyondan çox kitab fondumuz var. Bu kitabları bir kitabxanaya yerləşdirə bilmərik, ancaq bunlardan elektron vasitələrlə istifadə edə bilərik”.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 2017-ci ilin UNESCO və TÜRKSOY tərəfindən "Molla Pənah Vaqif ili" elan olunmasını xatırladıb və şairin zəngin yaradıcılığından danışıb. Prezident İlham Əliyevin böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamının əhəmiyyətini yüksək dəyərləndirən akademik kitabın Vaqifsevərlərə dəyərli töhfə olduğunu vurğulayıb. Qeyd olunub ki, Vaqifin yaradıcılığı daim tədqiq obyektinə çevrilib, əsərləri kütləvi tirajla nəşr edilib və yubileyləri keçirilib. Kitabda Vaqifin 12 dilə tərcümə olunmuş şeirləri oxuculara təqdim olunur.
Tədbirdə Azərbaycan Milli Kitabxanası ilə Rusiya Milli Kitabxanası və Misir Milli Kitabxana və Arxivi arasında memorandum imzalanıb.
Sonra elmi konfransda seçilmiş mövzuya uyğun məruzələr dinlənilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info