Gəncədə əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair tədbir keçirilib
Tarix: 29.09.2017 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Gəncə şəhərində “Uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə” mövzusunda seminar keçirilib. Seminarda Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Xidmətin 21 saylı region (Gəncə şəhəri, Samux və Göygöl rayonları) üzrə Dövlət Əmək Müfəttişliyinin, Ombudsmanın Gəncə Regional Mərkəzinin, Gəncə şəhər Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər bölməsinin, rayon ərazisində fəaliyyət göstərən işəgötürənlərin nümayəndələri, ayrı-ayrı ümumtəhsil məktəblərinin direktorları, müəllim və şagirdləri iştirak edib.
Tədbirdə mövzu ilə əlaqədar çıxışlar edilib, ölkəmizdə mövcud əmək qanunvericiliyi, uşaqların əmək hüquqları və onların müdafiəsi sahəsində aparılan işlər diqqətə çatdırılıb. Qeyd olunub ki, ötən dövrdə Azərbaycanda əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair ümumbəşəri normaları özündə əks etdirən qanunvericilik bazası yaradılıb. Bu sahədə ölkəmiz BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına, “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə, digər müvafiq beynəlxalq sənədlərə qoşulub. Hazırda Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaş müəyyən edilib. Həmin yaşa qədər olan uşaqların əmək münasibətlərinə cəlb edilməsi qanunla qadağan olunub. Eyni zamanda, Məcəlləyə əsasən, yaşı 18-dən az olan şəxslərin əmək şəraiti ağır, zərərli iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, eləcə də onların əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərə biləcək iş yerlərində işlərə cəlb edilmələri qadağandır.
Seminarda yaşı 18-dən az olan işçilər üçün əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və s. ilə bağlı qanunvericilikdə əksini tapan əlavə təminat və güzəştlərdən də bəhs olunub. Bildirilib ki, yaşı 18-dən az işçilərlə əmək müqaviləsi bağlayarkən işəgötürən tərəfindən həmin işçilərin əmək və peşə vərdişlərinin artırılması üçün təmin edilməli olan əlavə şərtlər, öhdəliklər də həmin müqavilədə qeyd olunmalıdır. Həmçinin belə işçilərin iş günü ərzində peşə hazırlığına sərf etdikləri vaxt işəgötürənin razılığı ilə iş vaxtı kimi nəzərə alınmalıdır. 
Tədbirdə uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarının qarşısının alınması, yaşı 18-dən az olan işçilərin əmək hüquqlarının müdafiəsi sahəsində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən işlər barədə məlumat verilib, iştirakçıların mövzuya dair sualları cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info