Qlobal ticarətin 80 faizi dəniz nəqliyyatı vasitəsilə həyata keçirilir
Tarix: 29.09.2017 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


Qlobal ticarətin təqribən 80 faizi dəniz nəqliyyatı vasitəsilə həyata keçirilir. Bu, beynəlxalq əmtəə daşımalarının daha səmərəli və rentabelli üsuludur. AZƏRTAC xəbər verir ki, BMT-nin Ümumdünya Dəniz Günü ilə bağlı açıqladığı məlumatda belə deyilir. Bu il Ümumdünya Dəniz Gününün devizi “Gəmilər, insanlar, limanlar: birləşən yollar” olub. Onun məqsədi dəniz nəqliyyatının daha səmərəli idarə olunması, naviqasiya təhlükəsizliyinin və dənizdə təhlükəsizliyin təmin olunması, habelə dənizin ekoloji sistemlərinin müdafiəsi üzrə strategiyanın işlənib hazırlanmasında və tətbiqində ölkələrə kömək etməkdir.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizində ən böyük limandır. Limanın terminalları vasitəsilə Xəzər dənizinin iri limanları, habelə Volqa-Don və Volqa-Baltik kanalı vasitəsilə Qara dəniz, Aralıq dənizi, Baltik dənizi, Şimal dənizi, Atlantik okeanının limanları ilə ticarət əlaqələri saxlanılır.
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 5331,1 min ton yük daşınıb. Bu yüklərin 49,3 faizini neft məhsulları təşkil edir. Dəniz limanlarında 6909,67 min ton yük boşaldılıb. Bu yüklərin 96,1 faizini (6640,7 min ton) tranzit yüklər təşkil edib. Sentyabrın 1-nə olan məlumata görə, Azərbaycanda dəniz nəqliyyatı ilə 12,7 min sərnişin daşınıb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info