Silva Ambarsumyan: ”Ermənistanda fermerlər növbəti il üçün texnika, toxum almaq iqtidarında deyillər»
Tarix: 29.09.2017 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


Mesrop Arakelyan:
” Vətəndaşların həyat səviyyəi daha da pisləşəcək”

Ermənistanda sahibkarlar üçün iş mühiti varmı? Doğrudanmı, bu ölkədə sərmayə qoymaq üçün cəlbedici şərait yoxdur və onlar qorunmur? Dəyərli oxucular xatırlayırsa, bir müddət bütün bunlarla bağlı erməni əsilli Fransa vətəndaşı qadın sahibkar Valeri-Aşken Gortsunyan da açıqlamalar vermişdi. O, Ermənistana qoyduğu sərmayəyə dövlət məmurları tərəfindən əl qoyulduğunu və bütün bunların yekunu kimi isə bütün pullarının əlindən alındığı bildirmişdi. «Lragir» saytının bu dəfəki müsahibi Silva Ambarsumyan iş adamlarına qarşı ölkəsindəki yaşantılardan narazıdır. Saytın Ermənistanda sahibkarlar üçün yaradılmış iş mühiti barədə sualına o da öz iradını bildirir: «Bəli, təəssüf ki, Ermənistanda oyun qaydaları dəyişməz olaraq qalır. Əgər ölkə rəhbəri bu qaydaları dəyişdirməyə müvəffəq olarsa, bu halda bəlkə ölkəyə sərmayə qoymağa çalışanların olacağına ümid etməyə dəyər. Belə olan halda isə həm də, ölkənin inkişafına, ölkədən qaçanların qarşısının alınmasına ümidlər arta bilər». Saytın dövlət rəsmilərinin ölkədəki son iqtisadi inkişaf iddiası ilə bağlı sualını «Mən iqtisadi inkişafı, hələ ki, görmürəm. Mövsümi tərəvəz və meyvə satışı ilə müvəqqəti inkişafı eyniləşdirmək nə qədər doğrudur? Böyümə haqqında danışmaq mümkündürmı? Bu, inkişaf deyil. Kənd təsərrüfatı necə inkişaf edib ki, bu sahədə çalışan fermerlər növbəti il üçün texnika, toxum almaq iqtidarında deyillər?»-deyə, cavablandırıb.
Sayt ödkədə bu tənəzzülün səbəbəkarı kimi bəzilərinin Ermənistanın baş nazirinin passiv işini göstərdiklərini qadın iş adamının nəzərinə çatdıraraq, onun bu məsələyə münasibət bildirməsini istəyib. Ambarsumyan isə baş nazirin öz işini yerinə yetirmək üçün yeni yollar tapa biləcəyinə ümid etmir: «Təbii ki, bu gün ölkədə bir çox prinsiplər ondan asılıdır. Siz bir ölkədə banklarındakı kredit dərəcələrinə baxın. Bankdan 100 dollar götürən şəxs 300 dollar ödəməyə məhkumdur. Məgər bu doğrudurmu? Ölkədən qaçanları da qınamaq doğru deyil. Onlar illərlə yaşadıqları evi girov qoyub və ya əgər alan varsa, satıb ölkədən getmək məcburiyyətində qalırlar»-deyə erməni qadın bildirir.

“Ölkədən qaçanları da, qınamaq doğru deyil. Onlar illərlə yaşadıqları evi girov qoyub və ya əgər alan varsa, satıb, ölkədən getmək məcburiyyətində qalırlar”

Qeyd edək ki, son zamanlar Ermənistan rəsmiləri ölkədəki iqtisadi inkişafın «geniş vüsət» aldığı barədə bəlağətlə danışmaqdadırlar. Lakin, əslində, bu ölkədə nə baş verir? Bunu «Aysor.am» saytına açıqlamasında erməni iqtisadçı Mesrop Arakelyan çılpaqlığı ilə göstərir: « Bu gün ölkədə yalnız 3.2 faiz iqtisadi artım planlaşdırılır ki, bunu da dövlət rəsmiləri «böyük göstərici» kimi dəyərləndirirlər. Ölkə iqtisadiyyatınnın kiçik ölçüsünü və mövcud problemləri nəzərə alaraq, hətta iqtisadi artımın 6 faizlik şəraitində belə, heç bir böyük uğurumuz olmayacaq»-deyə, erməni iqtisadçı bildirib.
Arakelyana görə, bu gün Ermənistanda ümumi daxili məhsul təxminən 10 milyard dollar təşkil edir.İl ərzində 300 milyon dollar miqdarında dəyərlər yaradılsa da, Ermənistanın imkanları şəraitində bu kifayət qədər azdır. Belə büdcə gəlirləri insanların rifahını yaxşılığa doğru dəyişmək üçün çox azdır. Buna görə də, belə bir göstəricini düzəltmək və daha sonra aşkara çıxarmaq, mənim fikrimcə, ciddi bir uğur hesab edilə bilməz. Unudulmamalıdır ki, ötən-2016-cı il iqtisadi baxımdan olduqca çətin olduğu üçün onu sıfır artımla bağladıq. Ötən illə müqayəisədə 4 faiz artımın reallıq kimi qəbul edilməsi çox asandır.
İqtisadçı gözlənilən iqtisadi artımın ölkə vətəndaşlarının həyat səviyyəinə heç bir müsbət təsir göstərməyəcəyini, əksinə vəziyyətin daha da pisləşməsinə təkan verəcəyini bildirib.
Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info