Kvirikaşvili: “Gürcüstan və Azərbaycan daha sabit və inkişaf etmiş region yaradır”
Tarix: 29.09.2017 | Saat: 21:28:00 | E-mail | Çapa göndər


“Gürcüstan və Azərbaycan strateji tərəfdaş olmaqla yanaşı, həm də bir sıra layihələrdə birgə əməkdaşlıq vasitəsilə daha sabit və inkişaf etmiş region yaradır”.
 
APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili “Caspian Energy Georgia” şirkətinin fəaliyyətə başlaması ilə əlaqədar “CEO Lunch Tbilisi” tədbirində bildirib. O deyib ki, iki ölkə Avropanın enerji təhlükəsizliyinə töhfə verir, region və bazarları birləşdirir: “Əlaqələrin və əməkdaşlığın gücləndirilməsi iqtisadi canlanma və sabitliyə zəmin yaradır. Biz Azərbaycan şirkətlərinin Gürcüstandakı biznes uğurlarını alqışlayırıq. Qarşılıqlı investisiyaların artırılması, birgə kiçik və orta biznesin inkişafı və əməkdaşlığımızın yeni səviyyəyə qaldırılması ilə bağlı gələcək planlarımız çoxdur”.
 
İki ölkə arasında nümunəvi qonşuluq münasibətlərinə toxunan G. Kvirikaşvili Borjomi regionunda meşə yanğınları zamanı Azərbaycanın köməyini xüsusilə qeyd edib: “Gürcüstan xalqı Azərbaycan xalqının yanğınların söndürülməsində göstərdiyi köməyi heç zaman unutmayacaq. Prezident Əliyevin tapşırığı ilə Azərbaycan yanğınsöndürənləri, helikopterləri və xüsusi texnika bizimlə birgə yanğınla mübarizə apardı. Mən gürcü xalqı adından bir daha təşəkkür etmək istəyirəm”.
 
Baş nazir Gürcüstandakı investisiya mühitindən söz açaraq hökumətin ölkəyə daha çox investisiya cəlb olunması üçün maksimum şərait yaratdığını söyləyib. O, “Caspian Energy Georgia” şirkətinin Gürcüstan və Azərbaycan arasında ticari-iqtisadi münasibətlərin inkişafında vacib rol oynayacağına ümidvar olduğunu vurğulayıb.
 
Qeyd edək ki, “CEO Lunch Tbilisi” tədbirində Gürcüstanda fəaliyyət göstərən 50 Azərbaycan və Türkiyə şirkəti, eləcə də yerli şirkətlər iştirak edib. Tədbirə Gürcüstanın maliyyə naziri Dmitri Kumsişvili, iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxariya, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər də qatılıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
KOBİA ölkədəki maliyyə qurumları ilə sıx əməkdaşlıqda maraqlıdır
14.11.2019
Almaniyada həbs olunan azərbaycanlı müxalifətçilər barədə yeni faktlar
14.11.2019
İstifadəçilər “İnstagram“dakı nasazlıqlardan şikayət edirlər
13.11.2019
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib
13.11.2019
Türk hərbçilərin Suriyada azad edilən ərazilərdə mina təmizləmə fəaliyyətləri davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info