Köçkün və imkansız ailələrdən olan qadınlar üçün peşə kursları
Tarix: 08.05.2013 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi aprel ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qaçqın, məcburi köçkün və imkansız ailələrdən olan qadınlar üçün peşə hazırlığı kurslarının təşkili” adlı layihənin icrasına başlayıb.
Layihənin məqsədi Xaçmaz rayonunda məskunlaşan qaçqın və imkansız ailələrdən olan qadınları pulsuz müvafiq peşə yönümlü kurslarla əhatə etmək, onların peşə yönümlü bilik-bacarıq, vərdişlərini və uyğun peşə yönümlü işlə təmin edilmə imkanlarını artırmaqdan ibarətdir.
Kurslarda iştirak edəcək qadınlar arasında seçim aparıldıqdan sonra hər bir peşə yönümlü ixtisas üzrə təqdim edilən proqrama uyğun qruplar formalaşıb və bu qruplara 3 ay ərzində, kompyuter kursu və biznesin inkişafı kursları keçiriləcək. Kurslardan ümumilikdə 224 benefisiar faydalanacaq. Layihə 4 aprel – 4 iyul 2013-cü il tarixlərində keçiriləcək.
Qeyd edək ki, bu layihə təşkilatın Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ilə üçüncü birgə layihəsidir. Təşkilat bundan əvvəl "Şimal regionunda erkən nikah problemlərinin araşdırılması və maarifləndirici treninqlərin keçirilməsi", "Sağlam milli mənəvi dəyərlərimizə əsaslanan ailə institutunun formalaşmasına dəstək üçün ictimai müzakirələrin təşkili" adlı daha iki layihəni uğurla başa çatdırıb.

İLKİN





 
Bölməyə aid digər xəbərlər
24.01.2019
Özünüməşğulluq proqramı: 5500-dən çox ailə kiçik ailə təsərrüfatı yaradıb
23.01.2019
Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı avtomatlaşdırılacaq
23.01.2019
Gəncləri işə götürən sahibkarlara güzəştlər tətbiq ediləcək
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info