Ançelotti niyə qovulub?
Tarix: 29.09.2017 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


“Son beş gündə Ançelottinin beş əsas oyunçu ilə münasibəti tamamilə korlanmışdı"

Karlo Ançelottinin "Bavariya"da istefaya göndərilməsinin əsl səbəbi müəyyənləşib. Almaniya mətbuatının yaydığı xəbərə görə, Münhen klubunun prezidenti Uli Heness deyib ki, italiyalı mütəxəssisin oyunçularla münasibətləri korlandığı üçün Ançelotti ilə yolları ayırıblar: "Əgər, sən məşqçisinsə, oyunçularla münasibətləri korlamamalısan. Buna görə biz dərhal hərəkətə keçməli olduq. Son beş gündə Ançelottinin beş əsas oyunçu ilə münasibətləri tamamilə korlanmışdı". "Bild" qəzeti yazıb ki, bu futbolçular - Jerom Boatenq, Frank Riberi, Mats Hummels, Aryen Robben və Kinqsli Koman olub. Qeyd edək ki, K.Ançelotti komandanın Çempionlar Liqasında PSJ-yə 0:3 hesablı məğlubiyyətindən sonra dünən istefaya göndərilib. Əsas məşqçinin vəzifələrini müvəqqəti olaraq Villi Sanolun yerinə yetirəcəyi bildirilib. Baş məşqçi vəzifəsinə “Hoffeyhaym”ın çalışdırıcısı Yulian Naqelsmannın gətiriləciyi bildirilib. 30 yaşlı məşqçi özü isə bununla bağlı xəbərləri şərh etməyib: “Bu haqda məlumatım yoxdur. Bizim PR şöbəmiz mənə belə xəbərləri şərh etməyə qadağa qoyub”.




 
Bölməyə aid digər xəbərlər
12.11.2019
“Traktor” dünyada ən çox azarkeşə sahib futbol komandasıdır
10.11.2019
Azərbaycan sumoçusu Avropa kuboku turnirində qızıl medal qazanıb
10.11.2019
Luis Enrikeylə danışıqlar başladı
10.11.2019
“Barselona” qələbə qazanaraq “Real Madrid” ilə xal fərqini bərabərləşdirib
10.11.2019
Azərbaycan cüdoçuları Kamerunda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Hansı təhsil müəssisələrinin müəllimləri də diaqnostik qiymətləndirməyə cəlb ediləcək?
2 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 Prezidentdən Bayraq Günü paylaşımı - Video
5 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info