Kolumbiyada xüsusi əməliyyat zamanı 1,5 ton kokain müsadirə olunub
Tarix: 29.09.2017 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


Kolumbiyanın Sakit Okean sahilləri rayonunda hərbçilərin və dənizçilərin həyata keçirdiyi xüsusi əməliyyatın gedişində təxminən 1,5 ton kokain müsadirə olunub. TASS xəbər verir ki, Cənubi Amerika respublikasının Hərbi Dəniz Qüvvələrinin dənizçiləri Narinyo departamentinin Tumako bələdiyyəsi sahillərində sürət katerini saxlayaraq yoxlama aparıblar. Axtarış zamanı katerdə kokain dolu 71 kisə aşkarlanıb. Əməliyyat nəticəsində, həmçinin qaçaqmalı müşayiət edən 4 nəfər də saxlanılaraq hüquq mühafizə orqanlarına təhvil verilib. Hərbi Dəniz Qüvvələri ilin əvvəlindən bəri bu bölgədə apardıqları əməliyyatlar çərçivəsində qaçaqmalçıların narkotik maddələr və onlar üçün xammal daşıyan 71 qayığını tutub və 168 nəfəri saxlayıb. Kolumbiya narkobiznesin ən geniş yayıldığı ölkədir. Dünya üzrə kokain istehsalının təxminən 90 faizi onun payına düşür. Burada narkotiklərin qanunsuz ticarəti ilə mübarizəyə ABŞ da qoşulmalı olub. Belə ki, Kolumbiya mafiyası Birləşmiş Ştatlara ildə 50 tondan çox kokain göndərir. Bu narkotik maddənin topdansatışı kartellərə 40 milyard dollaradək qazanc gətirir. Amerikalı narkomanlar isə kokainə bir ildə 150 milyard dollara yaxın pul xərcləyirlər ki, bu da Pentaqonun büdcəsinin təxminən 25 faizinə bərabərdir.




 
Bölməyə aid digər xəbərlər
15.11.2019
Şeremetyevo aeroportunda 2 təyyarə toqquşdu
15.11.2019
İndoneziyada 7,2 bal gücündə zəlzələ olub, sunami təhlükəsi elan edilib
14.11.2019
Dələduzluqda təqsirləndirilən “falçı“ müfəttişin əməlləri
14.11.2019
Zabaykalye diyarında avtomobil qəzası nəticəsində yeddi nəfər həlak olub
14.11.2019
Rusiya kolleclərinin birində silahlı insident baş verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Prezidentdən Bayraq Günü paylaşımı - Video
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info