“Dağlıq Qarabağa gedən Türkiyə vətəndaşları məsuliyyətə cəlb edilməlidirlər”
Tarix: 29.09.2017 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


“Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycanın ərazisi Dağlıq Qarabağa gedən Türkiyə vətəndaşları Azərbaycana təhvil verilməli və məhkəmə qarşısında cavab verməlidirlər”.
Bu barədə Əsassız Erməni İddialarına qarşı Beynəlxalq Assosiasiyadan (ASİMDER) daxil olan məlumatda deyilir. Məlumatda ASİMDER rəhbəri Göksel Gülbey erməni işğalı altındakı Azərbaycan torpağı olan Dağlıq Qarabağa gedən Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlunu şiddətlə qınadığını bildirib. G.Gülbey bildirib ki, U.Uras, Ə.Bayramoğlu, S.Çəkinoğlu və E.Katırçıoğlu uzun illərdir Türkiyədə erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərib və qondarma “erməni soyqırımının” tanınması və dəstəklənməsi üçün kitablar yazıblar. G.Gülbeyin sözlərinə görə, adları sadalanan şəxslərin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması ərəfəsində Ermənistana və işğal altında olan Azərbaycan torpaqlarına getmələri təsadüfi deyil və Azərbaycan dövlətinin bu məsələdə həssaslığı düşünülərək atılan addımdır. “Trend”ə Türkiyə Ədliyyə Nazirliyindən verilən açıqlamada bildirilib ki, Türkiyə vətəndaşlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Dağlıq Qarabağa getməsi məsələsi araşdırılır. Nazirlikdən bildiriblər ki, məsələyə tam aydınlıq gətirildikdən sonra Azərbaycan tərəfinə bu barədə ətraflı məlumat veriləcək.




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
Müxalifətin Oqtay Gülalıyevin müalicəsi barədə siyasi alver etməsi əxlaqsızlıqdır
10.12.2019
“Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
10.12.2019
Azərbaycanda xaricdən dəstəklənən, din adı altında gizlənən qrupların baş qaldırmasının qarşısı alınıb
10.12.2019
“Avropa Şurasından obyektiv və konstruktiv mövqe gözləyirik“
10.12.2019
“Bizim razılığımız olmadan Şərqi Aralıq dənizində addım ata bilməzlər“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
2 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
3 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
4 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
5 Avropada işsizlər ordusu yaranır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info