“Gürcüstan və Azərbaycan daha sabit və inkişaf etmiş region yaradır”
Tarix: 29.09.2017 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


“Caspian European Club” və “Caspian American Club” Gürcüstanda birinci “CEO Lunch Tbilisi” təşkil edib “Caspian European Club”dan bildirilib ki, “Caspian Energy Georgia”nın fəaliyyətinin rəsmi yenilənmə mərasimi çərçivəsində Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin iştirakı ilə “CEO Lunch Tbilisi” təşkil olunub. Fəxri qonaq qismində “CEO Lunch”da, həmçinin Gürcüstanın Baş nazirinin birinci müavini, maliyyə naziri Dmitri Kumsişvili, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya, bölgə qubernatoru Kvemo-Kartli Qriqol Nemsadze və Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov iştirak ediblər. Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili “Caspian Energy Georgia” şirkətinin yaradılmasını müsbət hal kimi qiymətləndirərək, təşkilatın Gürcüstanla Azərbaycan arasındakı iqtisadi-ticari əlaqələrin inkişafında əhəmiyyətli rol oynayacağını qeyd edib. Onun sözlərinə görə, geniş imkanların mövcud olduğu şərtlər daxilində bu cür görüşlər mühüm əhəmiyyət kəsb edir və biznes nümayəndələrinə bir-birlərini yaxından tanımağa, perspektivli ortaq layihələri müzakirə etməyə şərait yaradır. Gürcüstanın Baş naziri həmçinin görüşün təşkilatçılarına minnətdarlığını bildirib və bu gündən belə görüşlərin mütəmadi hal alacağını deyib. “Bu, yeni biznes təşəbbüslərinin yaranmasına, təkcə Gürcüstan və Azərbaycan biznesmenləri deyil, həm də digər ölkələrin nümayəndələri arasında əlaqələrin genişlənməsinə səbəb olacaq”, - deyə o bildirib. İkitərəfli münasibətlərə toxunan Baş nazir qeyd edib ki, Gürcüstan və Azərbaycan təkcə strateji partnyor deyillər: “Bir sıra iri layihələrdə əməkdaşlıq edərək biz birlikdə daha sabit və inkişaf etmiş region qururuq. Biz həmçinin region və bazarları birləşdirərək Avropanın enerji təhlükəsizliyinə öz töhfəmizi veririk. Bu əlaqələr və əməkdaşlıq iqtisadi dirçəliş, tərəqqi, eləcə də sabitlik meydanıdır”. G.Kvirikaşvili, həmçinin qeyd edib ki, Gürcüstan hökuməti ölkəyə investisiya etmək üçün maksimal dərəcədə çalışır və Gürcüstan azərbaycanlı biznesmenlər üçün hər zaman açıqdır: “Ümid edirəm ki, gürcüstanlı biznesmenlər də Azərbaycandakı fəaliyyətlərini genişləndirəcəklər”.




 
Bölməyə aid digər xəbərlər
11.12.2019
‘‘Ahıska türklәrini dәstәklәmәyә davam edәcәyik’’
11.12.2019
“YAP-ın namizədlər siyahısında yeni və əvvəlki tərkibində olan simalar olacaq”
10.12.2019
Müxalifətin Oqtay Gülalıyevin müalicəsi barədə siyasi alver etməsi əxlaqsızlıqdır
10.12.2019
“Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
10.12.2019
Azərbaycanda xaricdən dəstəklənən, din adı altında gizlənən qrupların baş qaldırmasının qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
3 Avropada işsizlər ordusu yaranır
4 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
5 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info