Almaniya ordusunda qulluq edən ekstremistlərin sayı artır
Tarix: 29.09.2017 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


“Westfalenpost”: “Hərbi əks-kəşfiyyat idarəsi bundesverdə baş verən ekstremizm halları ilə bağlı 391 faktı araşdırır”

Almaniya mətbuatında yer alan məlumatlara görə, ölkənin hərbi əks-kəşfiyyat idarəsi hazırda bundesverdə baş verən ekstremizm halları ilə bağlı 391 faktı araşdırır. Bu məlumat Almaniya ordusunda ekstremizmin geniş yayılması ilə bağlı səslənən xəbərləri təsdiqləyir. Bu rəqəmlər Almaniyanın “Westfalenpost” nəşrində çap edilən məqalədə yer alıb. Ölkə ordusunda ekstremizmlə bağlı məlumatları araşdıran Almaniya parlamentindəki fraksiyalardan biri bu məsələ ilə bağlı ölkənin Müdafiə Nazirliyinə rəsmi sorğu göndərib. Məhz həmin sorğuya verilən cavabdan sonra hərbi əks-kəşfiyyat idarəsinin 391 faktı araşdırdığı üzə çıxıb. Almaniya nəşri hesab edir ki, əslində bu rəqəm daha böyükdür. Müdafiə Nazirliyi bu məsələ ətrafında böyük rezonans yaranmasını istəmədiyindən rəqəmi bir qədər korrektə edib. Nəşr yazır ki, hərbi əks-kəşfiyyat idarəsi cari ilin əvvəlində orduda olan sağ ekstremizm halları ilə bağlı 275 faktı araşdırmağa start verib. Sorğu göndərən fraksiya rəhbəri Ulla Elpke nəşrə verdiyi açıqlamada deyib ki, ölkə ordusunda neonasistlər və “Reichsbürger” (“Reyxin vətəndaşları”) sağ ekstremist qruplaşmasının üzvlərinə heç bir halda yer olmamalıdır: “Onlara heç bir halda bağışlanma tətbiq edilə bilməz, dərhal ordudan xaric edilməlidirlər. Ordu sıralarında ekstremizmlə bağlı müəyyən şübhələr olan zaman onlarla bağlı dərhal araşdırma başlamalı və ilk addım kimi həmin şəxslərin silaha çıxış imkanı aradan qaldırılmalıdır. Burada məsuliyyətsizilk etmək olmaz”. Nəşrin yazdığına görə, hərbi-əks-kəşfiyyat idarəsinin apardığı araşdırmaya əsasən 3 hərbçinin sağ ekstremist təşkilatın üzvü olduğu təsdiqini tapıb. Bu ilin iyul ayından etibarən hərbi əks-kəşfiyyat idarəsi şübhəli olan bütün şəxslərin yoxlanılmasına həyata keçirir. Burada təkcə sağ ekstremist təşkilatlar əlaqələr araşdırılmır. Ordu sıralarında radikal dini təmayüllü şəxslər, sol ekstremist təşkilatlarla əlaqəsi olanlar da araşdırılır. İki ay içində 3 min 200-dən çox hərbçinin işi yoxlamadan keçirilib. Bu araşdırmaya rəvac verən faktlardan biri də hüquq-mühafizə orqanlarının iki alman zabitini həbs etməsi olub. Müəyyənləşib ki, sağ ekstremist düşüncəli həmin iki zabit terror aktı hazırlayırmış. Onların cinayət həmkarı olan tələbənin Offenbaxdakı evində axtarış zamanı hərbi hissədən oğurlanmış partlayıcı qurğular aşkar edilmişdi. 28 yaşlı zabit Franko A. adlı şəxsin Avstriyaya səfər etdiyi və orada özünə silah təmin etdiyi üzə çıxıb. “Spiegel” yazır ki, evdə axtarış apararkən bomba partladılmasına dair təlimat və xəritələr əldə edilib. Araşdırma nəticəsində bəlli olub ki, Frankao A. miqrasiya idarəsindən qanunsuz şəkildə miqrant statusu alıb. Qanunsuz yolla əldə etdiyi statusda Suriyadan gələn miqrant kimi qeyd edilib. İstintaq hesab edir ki, qanunsuz status almaqda məqsədi miqrantlar yaşayan məhəllələrə və qapalı məkanlara asanlıqla giriş əldə etmək və orada terror aktı törətmək olub.
Anar




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
Vaşinqtonda ABŞ və Türkiyə prezidentlərinin görüşü başlayıb
13.11.2019
Boliviyada ordu Anyesi müvəqqəti prezident kimi tanıdığını elan etdi
13.11.2019
TİKA Pakistanın ən böyük xəstəxanasında son texnologiya ultrasəs bölməsi qurdu
13.11.2019
Əfqanıstanda prezident seçkilərinin nəticələrinin açıqlanması yenə təxirə salındı
13.11.2019
“Fransa Türkiyə ilə güclü dialoq yaratmaq istəyir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info