Neftçalanın Yeniqışlaq kənd məktəbinin müəllimləri vahid geyim formasına keçiblər
Tarix: 30.09.2017 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Neftçalanın Yeniqışlaq kənd ümumi orta məktəbinin müəllimləri yeni dərs ilində şagirdlərin qarşısına vahid geyim formasında çıxıblar. Müəllimlərlə yanaşı, məktəbdə çalışan texniki işçilər də vahid formaya keçiblər. Rayon mərkəzindən 20 kilometr aralıda yerləşən və bir əsrdən çox yaşı olan Yeniqışlaq ümumi orta məktəbində 58 şagirdin təlim-tərbiyəsi ilə 15 müəllim məşğuldur. Dərslərin keyfiyyətinin və səmərəliliyinin artırılmasına daim diqqət yetirən, yeniliklərə can atan kənd məktəbinin müəllimlərinin bu təşəbbüsü şagird və valideynlərlə yanaşı, rayon Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən də müsbət qarşılanıb. Məktəbin direktoru Ülvi Fərzəliyev AZƏRTAC-a bildirib ki, yeni dərs ilinin ilk günündən müəllimlər siniflərə bəzəkli, parıltılı geyimdə deyil, mavi qalstuk, ağ köynək və boz kostyumda daxil olurlar. Vahid formaya keçilməsi təşəbbüsü məktəbin pedaqoji şurasında müzakirə olunduqdan sonra həyata keçirilib.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info