UNEC-dən şagirdlərə inanılmaz fürsət - “Bir günlük tələbə”
Tarix: 30.09.2017 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


UNEC yuxarı sinif şagirdlərinə “bir günlük tələbə” olmaq şansı yaradır. "UNEC-də bir gün" layihəsinin məqsədi 10-11-ci sinif şagirdlərini universitetlə daha yaxından tanış etməkdir. Eyni zamanda, ixtisas seçimində çətinlik çəkən şagirdlərə məsləhət vermək, onların ixtisas fənlərində dinləyici qismində iştirakına şərait yaratmaqdır. Cənubi Qafqazın ən böyük iqtisadyönümlü ali təhsil ocağı olan UNEC-də dərs və imtahan prosesi ictimaiyyətə açıq keçirilir. Ötən tədris ilində UNEC-in abituriyentlərə yaratdığı bu imkandan faydalanan onlarla şagird artıq UNEC tələbəsidir. Onlar ixtisas seçməkdə məhz öncədən UNEC-dəki dərslərdə iştirakın böyük rol oynadığını deyirlər. Dərslərdə şagirdlərlə yanaşı, onların valideynləri də iştirak edə bilərlər. UNEC Azərbaycanda dörd dildə (Azərbaycan, ingilis, rus və türk) təhsil verən və xaricdə filialı olan yeganə ali təhsil ocağıdır. Burada 21 ixtisas üzrə kadr hazırlığı həyata keçirir. UNEC Avropada iqtisadçı kadrların hazırlığı üzrə lider olan London Universiteti/London İqtisadiyyat Məktəbi və Fransanın ən qədim ali təhsil ocaqlarından olan Montpellier Universiteti ilə bakalavrlar üçün ikili diplom proqramı həyata keçirir. Bu ildən etibarən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn tələbləri icra etmək məqsədi ilə UNEC-də Universitet Daxili İki Diplom (UDİD) proqramının icrasına başlanılıb. UDİD proqramı bakalavrlara 4 il ərzində iki ixtisasa yiyələnməklə gələcəkdə əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaq imkanı yaradır. Qeyd edək ki, 2017/18-ci tədris ilində UNEC-ə qəbul planı 96.6 faizlə yerinə yetirilib. II ixtisas qrupu üzrə 600 və daha yüksək bal toplayan 481 nəfərin 288-i, yəni 60 faizi məhz UNEC-i seçib. II ixtisas qrupu üzrə 700 ballıq nəticə göstərən abituriyentin hər ikisi – Cavad Əliyev və Arzu Məmmədzadə də UNEC-in Beynəlxlaq İqtisadiyyat Məktəbində maliyyə ixtisası üzrə təhsil alırlar. II ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin 74%-i məhz UNEC tələbəsidir. "UNEC-də bir gün" layihəsində iştirak etmək istəyənlər 497 58 63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi “Facebook” səhifəsi ilə əlaqə saxlaya bilərlər.
Anar




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
Yeni doğulan uşağa görə 500 manat verilsin
13.11.2019
Tələbələr ASCO-nun xarici sularda üzən gəmilərində təcrübə keçiblər
13.11.2019
Yasamal Yaşayış Kompleksində 570 güzəştli mənzildən 284-nün alqı-satqısı başa çatıb
13.11.2019
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
12.11.2019
Əlyazmalar İnstitutu işçi axtarır - Müsabiqə elan edildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info